VƏTƏNƏ DAYAQ
Vətən çağıranda köməyə səni
Övladlıq borcunu verməyə getdin.
Torpağı qoruyub mənfur yağıdan,
Hər dağın, hər daşın hayına yetdin.
Səni salamladı vətən çölləri,
Doğma ana kimi basdı bağrına.
Bu haqq savaşında zəfər çalmağa
Xeyir-dua verdi igid oğluna.
Atıldın meydana bir aslan
kimi,
Güllələr dolutək yağdı başına.
Bütün varlığını qurban eylədin
Vətən torpağının hər qarışına.
Gəlişin düşməni saldı lərzəyə,
Tab edə bilmədi önündə sənin.
Qovub torpağımdan qaniçən yadı
Fəxrinə çevrildin ana vətənin.
Adın dildə gəzir, sevgin ürəkdə,
Gör neçə ürəyin bəzəyisən sən!
Bu vətən mülkünün dayaq nöqtəsi,
Bu vətən mülkünün özəyisən sən!
Müəllif; Sevil Gül
Nur







0 Rəy:
Yorum Gönder