
ƏSGƏRİM
Bu şanlı diyarın,qəhrəman elin
Çal savaş günündə zəfər,əsgərim!
Yolunu gözlərkən analar sənin,
Soyuq səngərlərdə sipər,əsgərim!
Gecəsi-gündüzü səngərdə keçən,
Düşmənin əyninə ölümü biçən,
Ömür yollarını şərəflə keçən,
Yurdunun dizinə təpər,əsgərim!
Mənfur düşmənləri qovduqca geri,
Sənə həsr edirəm hər sözü,şeiri.
Şəhid qanlarının axdığı yeri
Vətən övladları öpər,əsgərim!
--------------------------------------
OYAN DAHA
Yenə şəhid,yenə qurban,
Boyun əyir haqlı olan.
Gedən torpaq,nədir qalan?!
Nə susursan,Azərbaycan?!
Oyan daha!
Əsirlərin yazıq,məzlum,
Körpələrin çəkir zülüm...
Ya Qarabağ,ya da ölüm!
Səbr etmə Sən,qurban olum!
Oyan daha!
Bax,namusun gedir əldən,
Belə deyildin əzəldən...
Nə qalıbdı sən gözəldən?!
Səbrin batsın,dur,silkələn!
Oyan daha!!!
Oyan daha!!!
Müəllif; Ülviyyə İbrahimova





0 Rəy:
Yorum Gönder