
Bağışlama
bizi, Vətən,
Bağışlama
bizə, Vətən,
Bunca qara
günahları.
Bağışlama
bizə, Dünən,
daha gözəl
sabahları...
Biz unutduq,
çünki sizi,
biz unutduq
yolu, izi...
Biz unutduq
soyumuzu...
Biz unutduq,
tez unutduq.
Biz unutduq,
mən unutdum,
sən unutdun,
o unutdu..
unutduqca yağı düşmən elə tutdu
toyumuzu...
qol götürüb oynadıqca
o toyda biz,
kiçildərək yerə soxdu Ulu Tanrı boyumuzu...
o boyda "Biz"
kiçilmişik verə-verə
yad əllərə
İrəvanı, Şuşamızı, Xoyumuzu...
Bağışlama məni, Şuşam,
Səni çoxdan unutmuşam.
Bağışlama ay Xocalı,
Bağışlama ay Borçalı,
Bağışlama ay Xankəndi,
Unutmadımmı Dərbəndi,
Xocavəndi?
Bağışlama bizi Tanrım,
biz unutduqsa keçmişi.
Eşit məni,
Qarabağda komasının damı uçurulan kişi!
Uçurulmuş dam altında namusumuz qaldı bizim,
Düşürülmüş
papaq altda qeyrətimiz!
Axıdılmış
bunca qanı etməz nəsə,
düşmənlərin
al qanından qeyri, təmiz...
Çalışmayaq
Qarabağı qaytarmağa,
Gəl çalışaq
qayıtmağa Qarabağa...
Atalardan miras qalıb Vətən bizə,
hansı oğul deyər,
ata, mənə miras lazım deyil?
bu mirası geri almaq,
biraz-biraz lazım deyil,
biz onu tam almalıyıq...
Bizə qisas lazım deyil,
biz intiqam almalıyıq kişi kimi,
boz qurd kimi,
Göytürk kimi,
almalıyıq
bir yurd kimi,
bir mülk
kimi...
Müəllif:
Ceyhun





0 Rəy:
Yorum Gönder