Bu qədər məhəbbət qoxarmı torpaq?!
Günəşdən də gözəl olarmı bayraq?!
Hansından bəhs edək,hansından yazaq?
Onun gözəlliyi sığmaz dastana!
Canım qurban olsun Azərbaycana!
Qarğanın hiyləsi qartalı yıxmaz!
Canavar çaqqaldan çəkinməz,qorxmaz!
Köksümə eşqindən sığmayan avaz,
Hayqırsın sevdasın cümlə- cahana,
Canım qurban olsun Azərbaycana!
Tərifə gərəyi yoxdur Günəşin,
Tanıdıb aləmə şanlı keçmişin.
Uzaqdan görüncə aslan yerişin,
Cəhd edib tülkülər gəlməz meydana,
Canım qurban olsun Azərbaycana!
Bağrından su içən hər ər,mücahid,
Hazırdır yolunda olmağa şəhid.
Eşit,ey kainat ,bu marşı eşit:
"Hurilər baş əymir cinə,şeytana!
Canım qurban olsun Azərbaycana!"
Əzəldən quyusun qazan çox
olub,
Onu qoruyanlar
"BÜTÖV" qoruyub.
Fərqi nədədir ki,Şimal,ya Cənub?
Yurdumu bölənlər taydır
düşmana!
Canım fəda olsun Azərbaycana!
Müəllif; Zəhra Əkrəm






0 Rəy:
Yorum Gönder