4.10.2020

ŞƏHİDİN LAYLASI - Cavid Qasımov




















Şəhidin laylası

Bilmirəm hansı qələmnən yazılıb fərmanı,
Sülhün imzası dayandırmayacaqdır qanı.

Şəhidin laylası olmaqda ikən güllə səsi,
Eyni səsnən verilir bir ananın azanı.

Bir vətən torpağın işğal eləməzdən əvvəl,
Zərrə-zərrə onun işğal olunur insanı.

Mənə insan dənizində gəmidir tabutlar,
Verdiyi cana baxır sərnişinin ünvanı.

Əlimin titrəməyindəndi qələm silkələnir,
Anladır, silkələsin söz uyuyan vicdanı.

Haqqı yox ölkənin ön cəhbəsi var olduqda,
Kimse etsin ədəbiyyatı döyüş meydanı.

Cavidin fikrinə sərhəd qoyan Allah vardır,
Qəzəlin imzalıyar Kəbübəla sultanı.

Müəllif; Cavid Qasımov

0 Rəy:

Yorum Gönder