Milli mətbəximizin vazkeçilməz təamlarından olan dovğanın hazırlanma üsulu ilə tanış olun.
Dovğa – ərzaqlar;
3 litr qatıq 1 litr suda çırpıcıyla həlim
qarışdırılır. 2 yumurta, yarım stəkan yumru düyü əlavə olunur. 2 dəstə çöl
keşnişi 1 dəstə şüyüd, 1 dəstə keşniş, 2 dəstə ağ çuğundurun yarpağı
(pazı da deyilir). - yaxşıca yuyulur, qurudulur, xırda doğranır.
Su ilə qarışdırılmış qatığı qaza qaynamağa qoyulduğu
andan doğranılmış göyərtisi əlavə edilir. Qazın üzərində ta ki qaynayana qədər
orta sürətlə qarışdırılır.
1 dəstə nanə təmizlənir, yuyulur, dovğa qaynamağa başlayanda əlavə
olunur. Düyüsü bişdikdən 5-10 dəqiqə sonra qazı söndürüb qarışdırılır ki
çürüməsin. Mümkünsə böyük bir ləyənə töküb qarışdırılır, duz əlavə edilir. Və
ya dovğa süfrəyə posr edilərkən duzunu boşqabda da əlavə etmək olar.
Dovğa soyuduqdan sonra qatılığına baxıb, 2 stəkan qaynadılmış süd də
əlavə etmək olar.
Bəziləri daha öncədən 1 stəkan noxudu qaynadıb, dovğa bişdikdən sonra
əlavə edirlər. Nuş olsun!
Hazırladı: Xəyalə Bayramova.






0 Rəy:
Yorum Gönder