UCA BAYRAQ
Dinlə, göyü ağuşuna almış uca bayraq,
Eşqinlə qürur etmədədir bu ulu torpaq.
Yoxdur elə üç rəng ola səndən daha parlaq,
Bağlanmışıq
öz varlığımızla sənə ancaq.
Uğrunda
sənin həm yaşarıq, həm ölərik biz,
Göz
qırpmayaraq can verərik, can dilərik biz.
Meydanda şəhid
olmağı bir borc bilərik biz,
Mərdik,
ölümü qarşılayarkən gülərik biz.
Tarix boyu
biz Türklərə basqınlar olubdur,
Daim bizi məhf
etməyə hiylə qurulubdur.
Yurdu
qoruyan sinəmiz oxlarla dolubdur,
Sonda bu vətəndən
yenə düşmən qovulubdur.
Sən
dalğalan ey bayrağım aləmlər oyansın,
Dünya sənin
hüsnündəki üç rəngə boyansın.
Nankorluq
edənlər qoy alışsın, elə yansın,
Qorxub qəzəbindən
yağı düşmən də dayansın.
Olsun adın
artıq göy üzündə yayılan səs,
Çöksün yerə
qarşında baş əysin sənin hər kəs.
Dörd bir
yana şiddətli küləklər kimi bərk əs,
Bilsin
bütün aləm səni dünyadə müqəddəs.
---------------------------------------------------
MƏSNƏVİ
Ey
yurdumuza göz dikən alçaq yaramazlar,
Sizlər nədi
mərdlik biləməz, ağlı dayazlar.
Bizlər vətən
uğrunda canından keçən ərlər,
Hətta
doğulandan hərəmiz bir igid əsgər.
O sevgi
bizim qəlbimizə qan kimi dolmuş,
Çünki bu vətən
nəğməsi həp laylamız olmuş.
Heç varmı
görən, sizdə bu cür şir tək oğullar,
Torpağı
yuyan qanı ilə nər tək oğullar.
Yox, yox
olamaz sizdə belə ruhu bir aslan,
Ki ol keçərək
qarşımıza eyləyə üsyan.
Sizlərdə nə
mərdlik, nə hünər var, nə qürur var,
Yaltaqlığınızsa
olub aləmlərə aşkar.
Hey hat
ola, sizlər necə aciz yaranışlar,
Bizlərlə
savaş etməyə qalxdız başı boşlar.
Lakin bizi
bilməzmisiniz ki, nəyə qadir,
Bu mərdliyimiz
hər yana bəlli ki, deyil sir.
Bizlər vətən
uğrunda ölüm müjdəsin aldıq,
Hər dəm
yağı düşmənləri vurduq, diri qaldıq.
Zatən vətən
üçün nə gözəldir elə ölmək,
Hərb
meydanını qəlb ilə gül baxçası bilmək.
Qorx, qorx yağı
düşmən, bizi gördükdə həmən qaç,
Tarixlərə
düşmüş yenə o əhfi dilən qaç.
Lakin daha
rəhm olmayacaqdır, susacaqsız,
And olsun o
tək Allaha ki, qan kusacaqsız.
Sizdən
Qarabağ haqqını dövlət soracaqdır,
Edamınıza məhkəmələr
də quracaqdır.
Uç rəngli
ulu bayrağımızsa qarabağda,
Aləmlərə
bir nur saçacaq ən uca dağda.
Və Türk
gücümüz göyləri aydın edəcəkdir,
Hər kəs bu
işıqla yol alıb, yol gedəcəkdir.
Azadlığımız
biz var ikən, var olacaqdır,
Dünyasa bizə
xor baxana dar olacaqdır.
Çünki bizə
düşmən olan, islama da düşmən,
Peyğəmbərə
həm on iki imama da düşmən.
O kəslərə
Qurani-Kərim qoy qənim olsun,
Dəryayə dönən
kirli o nəfsində boğulsun.
Islamın
hilalı həmişə parlayacaqdır,
Tək Azəribaycan
eləcə gurlayacaqdır.
Müəllif: Zaur Rəxşan






0 Rəy:
Yorum Gönder