5.15.2023

Vüsalə VƏTƏNXAN Mehri - Yaradıcılığı

 



Vüsalə VƏTƏNXAN Mehri
Gənc yazıçı-ssenarist, şairə-qəzəlxan.

İnstagram: vetenxan_vusale_mehri
Youtube: Yazar Vüsalə Vətənxan
FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı.


***

2008-2010-cu illərdə 22 saylı Yaradıcılıq evində - ədəbi və rəsm üzrə təhsil almışdır.

2010-2012-cil illərdə Bakı Baza Tibb Kollecinin nəzdində kurs hazırlığına getmişdir.

2012-2014-cü illərdə Quran təcvidi, əxlaq-mədəniyyət, dinlər və şərqşünaslıq üzrə təhsil almışdır.

2014-2016-cı illərdə Praktiki Mühazirələr Mərkəzində fəlsəfə üzrə hazırlıq keçmişdir.

2012-2015-ci illərdə Bakı şəhərindəki müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır.


***


Vüsalə Vətənxan, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Bir ovuc kölgə...", "Ayaq səsi", "Dözümə yer ver.", “Qəzəl Gülü” kitablarının müəllifidir.  Əsərləri "Zərif Kölgələr 1 -2 -3", "Vətən Mücahidləri 1 -2", “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s. adlı antologiyalarda dərc olunmuşdur.
Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda da işıqlandırılıb.
Çap olunduğu qəzet və jurnallar "Ulduz", "Fatimə" jurnalı. "Oxu məni", "Palitra", "Azərbaycan", "Vətənpərvərlər" qəzetləri və s.
Bir çox ədəbiyyat saytlarında xüsusi araşdırmalarına əsasən “Darvin nəzəriyyəsi”, “Ptolomey”, “Kainat və yaradılış”, “Göy cismləri cə asiman”, “İxvan məktəbi”, “Təkamül nədir?”, “Materiya və insan” kimi məqalələri dərc edilmişdir.
“İstedadlı Gənc Qələm”, “Ədəbi Söz Sahibi”, “Yaradıcı Qələm Sahibi”, "İntizar", "Vətənə görə",  “Nəsimi – şeir, sənət və mənəviyyat”, "Biz Mübarizik" mükafatları ilə təltif edilmişdir.
“Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020” adlı ssenariləri var.
Gənc yaşlarından bu günədək üzvü olduğu ədəbi məclislər "Dirili Qurbani", "Ozan", "Aşiq Pəri", "Vahid", "Məcməüş-şüəra", “DGTYB”, "Saqiyi-Kövsər", "Qələmin sədası" və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi, AYB.
Vüsalə Vətənxanın  yaradıcılığımın əsas leytmotivi ürfan, klassika (qəzəliyyat), qeybi-elm, astronomik araşdırmalar və onun məna dəyərini bəhrlərdə işlətməkdir.  Əsərlərində əsasən ürfanilik, məhəbbət, insanpərvərlik, vətənpərvərlik mövzuları üstünlük təşkil edir.
2023-cü ildən “İxvan-üs Səfa” dərnəyinin üzvüdür.

5.14.2023

Vusala VATANKHAN Mehri creativity

 



Vusala VATANKHAN Mehri 

(Young writer-screenwriter, poetess.)

Instagram: vetenxan_vusale_mehri 

Youtube: Author Vusala Vatankhan

FB: Young Writer Vusala Vatankhan Kindness and Creativity. 

***

In 2008-2010, I studied literature and painting at the House of Creativity No. 22.

In 2010-2012, I went to the Baku Base Medical College for course preparation.

In 2012-2014, I studied Quran tajwid, ethics and culture, religions and oriental studies.

In 2014-2016, I studied philosophy at the Center for Practical Lectures.

In 2012-2015, I participated in artistic events at various Culture Houses in Baku, and received letters of thanks and honorary diplomas in this field. 

***

Vusala Vatankhan is a member of Azerbaijan Writers Union.

He is the author of the books "A handful of shadows...", "The sound of feet", "Give room to endure", "Gazal Flower". His works "Gentle Shadows 1-2-3", "Motherland Mujahideen 1-2", "Khazar Tazkiresi" 2, "Poets of the Turkish World", "Martyr of Dreams", "Turkay" and other anthologies were published. .

My poems and articles are regularly published in "Hurriyyat", "Baku News", "Iki sahil", "Yurd magazine", "Harbi And" and many periodicals.

Published newspapers and magazines "Ulduz", "Fatima" magazine. "Oku meni", "Palitra", "Azerbaijan", "Vatanparvaryar" newspapers, etc. Articles such as "Darwin's theory", "Ptolemy", "Universe and creation", "Celestial bodies are in heaven", "Ikhvan school", "What is evolution?", "Matter and man" have been published on many literary sites.

"Talented Young Pen", "Literary Word Owner", "Creative Pen Owner", "Expectation", "According to the Motherland", "Nasimi - poetry, art and spirituality", "Biz Mubarizik" awards. There are scripts called "Girls", "Student's diary", "Another life", "This is not the end", "29 years taken from life", "Motherland's flower", "Military Hospital-2020". He has been a member of the literary assemblies "Dirili Gurbani", "Ozan", "Ashiq Pari", "Vahid", "Majmash-shuara", "DGTYB", "Saqiyi-Kovsar", "Sound of the Pen" and the Azerbaijan Writers' Union, which he has been a member of since his youth. Caspian Section, AYB.

The main leitmotif of Vusala Vatankhan's work is to use lore, classics (qazaliyyat), secret science, astronomical research and its meaning in verses. The themes of tradition, love, philanthropy, and patriotism prevail in the works.

She is a member of the "Ikhwan-us Safa" association, since 2023.


***


http://fitret.az/ptolomey-haqqinda-2/

https://vig-tv.blogspot.com/2023/05/yaradilis-materiya-v-laqlri.html

https://vig-tv.blogspot.com/2020/07/goy-cisimlri-v-onlarin-keyfiyyti.html

https://vig-tv.blogspot.com/2023/05/oxunmayan-hrflr-esidilmyn-sslr-v-ya.html 

http://respublik.info/info-plus/7837-ixvan-us-sefa-derneyi-vusale-vetenxan.html 

https://azpressmedia.az/news4145

https://azpressmedia.az/news3475

https://djb.az/gundem/37667-vusal-vtnxan-mehrinin-seir-dunyasi.html

http://yazar.in/muellif_vusale-vetenxan_1114.html

http://alimlerevi.az/news/304

https://525.az/news/217944-zerif-kolgeler-antalogiya-kitabin-lll-sayinin-teqdimati-olub




5.13.2023

Oxunmayan hərflər, eşidilməyən səslər və ya görünməyən sözlər.

 



Oxunmayan hərflər, eşidilməyən səslər və ya görünməyən sözlər.

Yerdə və göydə, yaradılış aləmində nə varsa hər şeyə isimlər və say verən Allahdır.

Yaşadığımız dünyada bilib bilmədiyimiz bir sıra dillər var ki, biz onları statistik sıralama ilə hesablasaq, bildiklərimizin bilmədiklərimiz yanında sayca az olduğunu görərik.
Statistik hesablamaya isə yalnız bildiklərimiz daxildir. Yəni, dünyada neçə dil var və hər dilin əlifbasına heçə hərf daxildir. Bunları öyrənmək üçün yalnız sosial şəbəkə üzərindən və ya dilçilik kitablarından öyrənə bilərik. Yalnız bilmədiklərimiz - statistikada mövcud olmayan və öyrənməyimiz bir o qədər də əlverişli olmayan sözlərdir ki, nə dili bəllidir, nə də hərf - səs sayları. Bunun üçün isə yalnız şüurlatının bizə verdiyi əsas üslublardan istifadə etməkdir.




Biz bilirik ki varlıq aləmində cismani və ruhani varlıqlar mövcuddur. Bu varlıqların özünəxas səs effektləri var. Bu səslər hərflərə çevrilərək isimlər, feillər və zərflər meydana gətirmişdir. Düşünsək ki, varlığın ilk zühuru səslə yaranmış, həmin səslər hərfə çevrilmiş və hərf vasitəsilə də sözlər əmələ gəlmişdir. Lakin, nəzərə alsaq ki canlılarda olduğu kimi cansız əşyalarda, enerji, frekans və titrəşimlərdən meydana gələn səslər mövcuddur.
Misal üçün, biz yolun kənarından bir maşın keçdiyi zaman onun ətrafa yansıtdığı səsi "vırrr", "dırrr", təyyarənin ötürdüyü səsə "vvvvııııvvvvv", dəmirin bir-birinə toxunarkən ötürdüyü səsə "çax-çax", "tak-tak" və s. kimi səsləndiririk. Canlı heyvanlarda isə misal üçün, bir pişiyin verdiyi səsə "miyavvv", bir ayının verdiyi səsə "moo", bir quzunun verdiyi səsə "məə", quşun verdiyi səsə "civ-civ", "cik-cik" və s. deyirik. Yəni təbiətin bizə verdiyi müxtəlif səsləri öz dilimizə - nitqimizə uyğunlaşdıraraq eşitdiyimiz və ya səsləndirə bildiyimiz kimi sözlərə çeviririk. Diqqət etsək, həmin səslərlə üst-üstə düşməyən hərf səslərimiz var. Halbuki, əgər biz həmin heyvanlar kimi səslər çıxara bilsəydik, texnikanın, enerjinin bizə ötürdüyü səsləri boğazımızdan çıxara bilsəydik - bu zaman həmin səslərə fərqli hərflər verəcəydik və beləcə hərf sayları çoxalacaqdı.
Buradan yola çıxaraq dünyadakı bütün ortaq səslərlə yanaşı çatışmayan səsləri toplasaq ağlımıza gəlməyən hərflər meydana çıxar.


Şüurlu varlıq aləmini üç hissəyə bölək.

Canlı varlıqlar - canlı məxluqat.
Rahmani varlıqlar - müsbət enerji daşıyıcıları.
Ruhani varlıqlar - mənfi enerji daşıyıcıları.

Bu üç pilləyə daxildir insanlar, cinlər və mələklər.

İnsanların danışıq, yazma-oxuma, səs ötürmə qabiliyyətinə malik olduğu kimi digər mistik varlıqlar da yazma-oxuma, danışma və səs ötürmə qabiliyyətinə malikdirlər. Lakin bunlar öz aralarında baş verir və İlahi təqdir olmadığı müddətdə digər varlıqlara ötürmə icazələri yoxdur.

Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər.” (Bəqərə surəsi 255-ci ayə).

Yəni yaradılanlar Allahın elmindən Onun izni olmadan Onun dilədiyi qədərindən başqa nə az, nə də çox bir şey qavraya bilməzlər.
Varlıq aləmindəki yaradılmışlar Allaha xidmət etmək üçün vəzifələndirilib. İstər cinnilər, istər insanlar, istərsə də mələklər. Mələklər (firiştə) nurdan yaranmış, islamda və eləcə də iudaistik, xristian və digər mənbələrdə Allaha xidmət edən bədənsiz və qanadlı varlıqlardır.  Xristian ənənəsində doqquz rütbəli mələk var: (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). İslamda isə əsas dörd böyük mələk (Cəbrayıl, İsrafil, Mikayıl, Əzrayıl) və saysız daşıyıcıları var.  Onlara Allah tərəfindən həvalə olunan işləri sorğu-sualsız həyata keçirirlər.

Kiramən və katibin mələkləri - insanın sağında və solunda olan, pis və yaxşı əməllərini yazan mələklər.
Münkər və nəkir mələkləri - qəbrdə insanı sorğu -sual edən mələklər.
Müqərrəbin (Kərribiyyun) mələklər - Allaha yaxın olan (4 böyük) mələklər.
Həməleyi-ərş mələkləri - ərşin daşıyıcıları olan mələklər.

Ərşin daşıyıcıları dedikdə, Allahın qüdrət və səltənətinin təcəllisi olan taxtını, Lövhi-məhfuzu, qeybi kitabələri qoruyan xüsusi vəzifələndirilmiş mələklər nəzərdə tutulur.

Əl-Haqqə, 17-ci ayədə;

وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.

Ya-Sin, 12-ci ayədə;

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ

Biz hər şeyi açıq-aydın kitabda (Lövhi-Məhfuzda) sayıb yazmışıq.

Lövhi-Məhfuz elə bir kitabdır ki, Uca Allah o kitabda məxluqların yaranmadan öncə bütün qədərini yazmışdır. Buna bir neçə misal gətirək.
Uca Allah Quranda buyurmuşdur: 

Əl-ənam, 59-cu ayədə;

وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ

"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın."


Əl-Buruc, 21-22-ci ayədə;

بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ ، فِي لَوْحٍ مَحْفُوظٍ

"Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən lövhədədir. (yəni, Quran mühafizə edilən, qorunan Lövhi məhfuzda da yazılmışdır.)"

Hud, 6-cı ayədə;

وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُبِينٍ

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)."

Deməli, hər şeyin yazıldığı kitab deyəndə ilk növbədə Lövhi-Məhfuz kitabı ağıla gəlir. Bu məna, yəni hər şey haqqında elmin yazılı olduğu kitabın Lövhi Məhfuzda olması Qurani-Kərimdə bir çox ayələrdə təsdiqlənir.


Mələklər öz elmindən (onlara tapşırılmış elmdən) qafildirlər.

Ərşin daşıyıcısı olan mələklər, Ərş'də olan ilahi elmin, qeybi kitabələrin, Löhvi-məhfuzda yazılı olanların ətrafındadırlar, onları görür, qoruyur, lakin, elmindən xəbərsizdirlər.

Bəqərə, 30-cu ayədə;

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً ۖ قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

Bəqərə, 31-ci ayədə;

وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَٰؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ

[Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi.

Bəqərə, 32-ci ayədə;

قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ

Onlar (Mələklər): «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər.

Bəqərə, 33-cü ayədə;

قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ

“Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?""

Buradan görürük ki, Allahın Adəmə öyrətdikləri qeybdən bir neçə söz (əşyalara aid olan isimlər və s.) həmin mələklərin qoruduğu qeybi kitabələrdən təcəlli etmişdir. Həmçinin "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" dedikdə Allah mələklərin (Allahın icazəsi ilə) üzə çıxardığı elmi və gizli saxladıqları (qoruduqları) elmi özlərinin də bilmədiklərindən xəbər verir.
Yəni, mələklərin daşıdığı elm insanlara ötürülməklə vəzifələndirilib. Buradan yola çıxaraq, deyə bilərəm ki, biz bizə öyrədilən elmdən qafil olmamalı, şüuraltı düşüncəmizə köklənib bizə verilənə sahib çıxmalı və yeni kəşflər etməliyik. Çünki, insan İlahi elmi ortaya çıxarmaqla vəzifələndirilib. İlahi elmi ortaya çıxarmaq Onun varlıq dəlillərindəndir. (varlığına dəlillər gətirməkdir.)

Fussilət, 53-cü ayədə.

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. 

Yəni, Allah öz dəlillərini bizə bəlli olanadək, Öz qüdrət nişanələri ilə həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də bizim öz daxili - batinimizdə göstərəcək.

Bütün bunlardan yola çıxaraq, deyə bilərəm ki mələklərdəki ilahi kitabədə və ya mələklərin kitabəsindəki hərflər saysızdır və bizə nazil olan (istər kainatdakı səs effektləri -enerji titrəşimləri olsun, istər fəzadakı ölçülməz səslər, istər canlı bəşərə mənsub, istərsə də nitqimizdəki) səslər və onların hərflərə çevrilməsi miqdarca az və müəyyən qədərdir. Biz dilimizdəki sözlər, nitqimizdəki səslər qədər, batinimizdəki mənaya da enməli və İlahi batini dəlilləri kəşf etməliyik.


Müəllif; Vüsalə VƏTƏNXAN



5.11.2023

YARADILIŞ, MATERİYA VƏ ƏLAQƏLƏRİ

 


YARADILIŞ, MATERİYA VƏ ƏLAQƏLƏRİ
Məntiqim məni sıxır.


Mənim ən sevdiyim elmi sahə təsəvvüf, fəlsəfə, ürfan, astroloji və arxeoloji tarixlə geniş maraqlanıram. Ələlxüsus da ASTRONOMİYA ilə.
Nasa məlumatlarını araşdırmağı sevirəm. Nikola Teslanın batini təxəyyülü və texniki icadları, Nostradamus, Albert Enşteyn və s.
Mənə bilirsiz nə maraqlıdır? "İran yapımı" olan hz. İsa filmində hz. İsanın ölünü diriltməsi səhnəsi doğru ifadələrlə səsləndirilməyib məncə, ya da məlumat mənbəsi doğru deyil. Bəzi şeylər mənə məntiqsiz gəlir. Hz İsa qəbrdə yatanı dirildir, soruşur ki, sən kimsən? O da deyir ki, mən hz. Nuhun oğlu Samam. Sonra deyir ki, sən mənim adımı çəkəndə elə bildim qiyamət günüdür, oyandım. 1. (Hz İsa həm adamın adını çəkir, həm də ondan adını soruşur...)
Və digər bir məsələyə toxunsaq hz. İsa onu dirildib soruşur ki, təkrar yaşamaq istərmisən? O da deyir ki məni qaytar, təkrar ölümü dadmaq istəmirəm. Zalımın oğlu... Onsuz da dirilmisən də, ikinci dəfə geri qaytarsa yenə öləcəksən, ölümü dadacaqsan... Məntiqsiz ifadələr çoxdur.

Allahu Təala c.c Qurani-Kərimdə buyurub; Ta-Ha, 55.

مِنْهَا خَلَقْنَاكُمْ وَف۪يهَا نُع۪يدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرٰى

"Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra" 

Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.

İlk növbədə deyim ki, ölünü diriltmək Allaha məxsusdur. Və yenə deyim ki, Allahın ayədə buyurduğu dirilişlə bağlı say dəyəri iki dəfədir. Yəni Adəm torpaqdan yarandı, bizim ana bətnindən doğuluşumuz birinci diriliş, qiyamət günü (torpaqdan) çıxarılacağımız ikinci dirilişimizdir.  Ayədə üçüncü bir dirilişdən bəhs edilmir. Əgər belə bir üçüncü vasitə olsaydı, o zaman hz. İsanın insanı qəbrdən çıxarıb sorğu-sual etməsi və geri döndürməsi həqiqət sayıla bilərdi.

Sözüm o deyil, düşünsək ki hz İsa camaatın gözünə pərdə çəkib materializmdə ölünün dirilməsi bir gecədə ola bilməz, nə də ki ayın ikiyə bölünməsi nə də günəşin əksdən çıxması filan... Hər nə qədər təsəvvüf kimi həqiqətlər olsa da maddələrlə yaşayırıq, mistik hadisələrin zamanı yoxdu sadəcə bəsirət gözüylə köklənib ətrafındakıları da konsantre edir, onlar da nəsə görürlər, qeybi hadisələri filan, hətta hiss edirlər.
Amma bu həqiqətən yeri qazdı kimisə qəbrdən çıxartdı diriltdi, yenidən öldürdü deyə bir şey yoxdur, əgər orda arxeoloq olsaydı torpağı incələyib baxsaydı, bəlkə də görərdi ki, ora heç illərlə toxunulmayıb.
Bəlkə də günah düşünürəm, ya nədirsə... məntiqim məni sıxır. Düşünürəm ki elə Peyğəmbərlər də ən böyük sahirlərdilər. Allahın elmi zatən eynidir, icazəli və ya icazəsiz. Əgər özbaşına edirsənsə sehrbaz və ya magissən. Əgər bunu peyğəmbər edirsə mütləq şəkildə Allahın varlıq dəllillərindən, qüdrətindən insanlara xəbər verməkçün etmişdir. Peyğəmbər olmayan biri bunu edəndə tutub torpağa basdırırdılar. Zülkifl həbsdən çıxanda onunla birgə 40 peyğəmbər də çıxmışdı. Sonra onlara sahir adı verdilər ..nə isə.

Uzun sözün qısası mistik hadisələrin real olması üçün gərək əsrlər keçsin. Necə ki yer üzü əsrlərlə eralarla böyük partlama zamanı ərsəyə gəlib və buna Qurani kərimdə 6 gündə yaratdıq deyilir. Eləcə də günəşin əksdən çıxması üçün saniyələr durmalı, plank geriləməli və həyat durmalıdır ki, bu da əsrlər çəkə bilər. Nəzərə alsaq ki dünya səması genişlənmədədir, samanyolu qalaktikasından 10 milyardlarla işıq ili məsafəsində olan 7 qat səma troposferdən 8-ci qatadək olan fəzayadək varlığı qurani kərim əsasında təhlil edilmiş, eləcə də astrofizik Edvin Hablın Dopler qanunu əsasında fəzanın genişlənmədə olduğu bariz görülüb, hətta hesablamalara görə milyon əsrlər sonra sutkada 25 saat olacağı və bu genişlənmə xətti ilə plankın geriləməsi mövcud görünmür və üstəlik nəzərə alsaq ki yer bircə saniyə belə dayansa günəş onu yandırıb külə döndərər...
Bu baxımdan günəşin əksdən çıxmasını görmək də mistikadı ya da görməyəcəyik, bəlkə də görsək belə maddi aləmə heç bir aidiyyatı olmayacaq. Bu məsələyə ilk görüşüm....

Digər yöndən, bütün bunları təkzib edən amillərdən bəhs edilir ki, bu da bir-biriylə uzlaşmır.

Misalçün fizikada olan ŞÜA MAGNİT QÜVVƏSİNDƏN bəhs etsək, yəni, təbiətdə bir çəkirdək vasitəsi ilə fəzaya daşıyan maqnit qüvvəsi olduğunu .... Və ilahi intizamın sözünü doğrultduğunu bu yaxınlarda səbəb göstərilən QÜTBLƏRİN DƏYİŞMƏSİ prosesi. Qütblər dəyişdiyi zaman da global xəritə dəyişir və təqribi 300 əsr aralığında günəşin sağa doğru dönməsi hərəkəti bəlli olur. O zaman əsrlər çəksə də günəş əks tərəfdən çıxmağa başlayır.
Lakin, bunu qeyd edim ki, belə bir şeydən söhbət gedə bilməz. Dünyanın qütblərinin dəyişməsi üçün ilk öncə coğrafi qütblər dəyişməlidir ki, bu da ancaq göy daşları asteroid çarpması və ya planetlərin yer dəyişməsi, nizam-intizamının pozulması nəticəsində baş verə bilər. Yəni düşünürəm ki bütün bu sistemin davamiyyətinin pozulmamasını qoruyan İlahi qüvvədir. Ənbiya; 22-ci ayə.

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا  ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

Ləv kânə fîhimâ âlihətun illâllâhu lə fəsədətâ, fə subhânallâhi rabbil arşi ammâ yasıfûn.

Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır!

Bunlar bir yana. Deyək ki, bu ikinci görüş haqdır. Bəs axı eralar öncə də qütblər dəyişmişdi... yəni əks tərəf bildiyimiz öncələr olan hərəkət sistemi idi... Fikrimcə kainatın sağı və solu da Allah üçün birdir. Yəni bizim iki gözümüz, sağ və solumuz, görüb görmədiklərimiz olduğu üçün, biz bu hərəkət sistemini ikiyə bölmüşük. Sağda gördüyümüz mənzərə biz əks döndüyümüz zaman bizim solumuzda olur. Bu baxımdan məkanın sağı və solu olmadığı kimi, kainatda da zaman aşımı mövcud deyil. Bütün kainatın sistemi bir-biri ilə əlaqəlidir və bu mükəmməl sistemin mükəmməl tək qoruyucu var. 




Müəllif; Vüsalə VƏTƏNXAN, AYB.


4.23.2023

Batini Onomastik Vahidlər - Sadiq ALİYEV

 








 Batini Onomastik Vahidlər.


Qədim batinilərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən söz, samit hərflər, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Batini mədəniyyətin bütün fenomenləri kimi batini damğaların da bir görünən, bir də görünməyən üzü vardır. Həmin simvolları “Tanrı Dili”ni bilənlər, böyük inkişaf yolu keçmiş elmli və dərin düşüncəli batini ərənlər məqsədli şəkildə, məxfi danışıq dili kimi yaratmışlar. Onlar öz ənənələrinin bir tələbi olaraq həmin damğalar vasitəsilə “müqəddəs gen” daşıyıcılarının soy şəcərəsinin-batini geneloji şəcərənin hansı şəkildə ortaya çıxışı və yayılma coğrafiyası haqqında bilgiləri mühafizə etmişlər. Damğa və simvollar formasında şifrələnmiş həmin informasiyalar batini dairələr içində hər zaman gizli saxlanılmış və bu haqda çox az bilgi verilmişdir.

Bu damğalarda əsasən batini gələnəyin islamdan öncəki tarixi, dünya üzərində meydana gələnlər, xüsusilə də insanlıq tarixinin başlanğıcı ilə bağlı olan məşum hadisələr, bu hadisələrin səbəbləri haqqında maraqlı, müəmmalı və diqqətəlayiq informasiyalar mövcuddur. Batini ənənənin möhtəviyyatı ilə bağlı olan tarixi məlumatların bir sintezilə insanoğlunun tarix öncəki köklərinə bağlayan sirrlərə toxunduqca milli mənsubiyyətimizlə bağlı qaranlıq məqamlara da işıq tutulmaqdadır. Çünki, həmin möhtəviyyatda qabarıq şəkildə üzə çıxan bir məqam var. Həmin mühafizə edilmiş məlumatlar bazasına əsasən bütün hallarda türkün kökü istisnasız olaraq tarixin başlanğıc dövrünə aid edilir və mütləq şəkildə As ərlərinə bağlanır. (“Az/as”, As/az-ər, As-kişi, As adamı deməkdir. Bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da mövcuddur.) soyu təkcə Azərbaycan xalqında deyil, bir sıra digər türk boyları sistemində də mühüm yer tutur. Azərbaycan ölkə adının kökündəki “azər” boy adının yaranmasında əsas özək olan “az” boyu, eyni zamanda türk etnosu içində çoxsaylı soylardan ən əsasıdır. Lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir. (Firudin Ağasıoğlu 11, 122-124.) Bu ərlər batini ənənədə Xaslar ya da Xas ərlər kimi tanınırlar. Onlar Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biridir.

Biz bu məsələyə Şumer Mədəniyyəti üzərindən işıq tutmağa çalışacayıq. Ona görə ki, şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir və bu məsələnin çoxlu sübutu var. Bizi bu qənaətə gətirən ən güclü sübut da məhz elə dil sübutudur. Çünki, əgər Şumer-Türk qohumluğunu dil üzərindən sübut edə bilsək, bütün Türk tayfalarının kökündə duran vahid dil, vahid və erkən etnosu müəyyənləşdirə bilərik.

Bəşər sivilizasiyanın lap başlanğıcında, Asiyanın qərbində, ikiçayarasında yüksək sivilizasiyaya malik naməlum bir xalq yaşayırdı. Onlar bu torpaqların qanuni sahibləri idilər. Riyaziyyat, astronomiya, tibb, inşaat, iqtisadiyyat, incəsənət, hüquq və s., bir çox elm sahələrində yüksək nailiyyətlərə malik idilər. Kim idi onlar? Müasir alimlərin sözlərinə görə anidən, qəflətən, heç ortada yox ikən indiki İraq adlanan ərazinin cənub hissəsində otraya çıxmış bir sivilizasiya-Şumer Sivilizasiyası. 

Bu mədəniyyətlə bağlı toplanaraq bir araya gətirilmiş mövcud məlumatlara elmi nöqteyi nəzərdən baxıldıqda məlum olur ki, Şumerlərin elmi məlumatları bu günki mövcud elmi təqdimatdan daha dəqiqdir. Yazı sistemi, iyerarxik bir cəmiyyət nizamı, bu gün belə etibarlılığını qoruyan astronomik məlumatlar, bir dəqiqənin 60 saniyədən meydana gəldiyinin bilinməsi, mükəmməl bir şəhər və məbəd arxitekturası, kvadrat, kub və s. MÖ 4000 illərində bu cür məlumatları bu cəmiyyətə kim öyrətmişdi? Bir dairənin 360 dərəcəyə bölünə biləcəyini kimdən öyrənmişdilər? Bəli, yüksək inkişafa malik bir sivilizasiyanın göstərici sayılan bütün amillər ortada idi. Qeydə alınmalıdır ki, bu onların yalnız kiçik bir qəribəlikləridir. Qədim Şumer mədəniyyəti həm ağla sığmaz düşüncələri və kəşfləri, həm də əsərləriylə hər vaxt insanların heyranlıqla baxdığı sivilizasiyalardan yalnız biridir. Çünki, Şumerlər gil lövhələrdə və eləcə də müxtəlif kitabələrdə elə şeylər izah etmişlər ki, onları açıqlamaq sadəcə mümkün deyil. Əldə edilmiş həmin abidələr, bu sivilizasiyanı fövqəladə dərəcədə sirrli və müəmmalı edir. Qədim Şumerlər bütün bunları hardan bilirdilər? Belə bir inkişafa necə nail ola bilmişdilər? Görəsən dərin kosmik bilgi və mürəkkəb riyazi hesablamalar onların nəyinə lazım idi? Və ən əsası Bu elmləri haradan və kimdən öyənmişdilər?

Şumer mədəniyyətinin necə ortaya çıxması ilə bağlı bir-birindən fərqlənən müxtəlif fikirlər mövcuddur. Demək olar ki, bu problem hələ tam surətdə həll olunmamışdır. Ümumiyyətlə Şumer tarixinin öyrənilməsi ziddiyyətli, müəmmalı və cəzbedici faktlarla doludur. Şumer-Türk tarixini dərindən incələmiş görkəmli yazıçımız R. Cəbiyev bu yerdə çox haqlı olaraq belə deyir: “kimin necə düşünməsindən, arxeoloji qazıntılar zamanı hansı faktların ortaya çıxmasından asılı olmayaraq bu gün dünyada həqiqətən də bir Şumer problemi, Şumer kilidi vardır. Bu “kilid”in axıra kimi açılması bəşəriyyətə həqiqətən böyük sürprizlər verə bilər... Bu kilidin yeganə açarı isə Türk açarıdır.” Və o, çox haqlı olaraq belə nəticəyə gəlir. Çünki, Türk xalqının ilk bəşər sivilizasiyaları ilə qohum olduğunu sübut edəcək zəngin qaynaqlar və çoxlu dəlillər olduğunu nəzərə alsaq, onda biz tarixin ən alt zaman qatında mövcud olan erkən türk etnosunu daha əhatəli şəkildə müəyyənləşdirə bilərik. 

Bəs Şumerlər əslində kimdir?

Şumer torpağının adına Tövratda da rast gəlirik. Tövrat bu ölkəni “Şenaar” adlandırır. Tədqiqatçıların fikrincə bu, “gözətçilər ölkəsi” anlamına gəlir. Qədim Misirlilər Şumerə Tövratdakı anlamı verən “Ta-Neter” deyirdilər. Onların inancına görə Osiris (Asari) Misirə məhz bu ölkədən gəlmişdir. Tövratda “Şinar” olaraq keçən ölkə Akkadcada "Sumer(u)", Qədim Misir kitabələrində "SNGR" (Sangar, Sungur, Senger), Hititcə "Şanh(q)ar(a)", Şumer kitabələrində "Kenger(u), Kenge, Kanga, Kengerü, Ken-g-Ur" olaraq adlandırılır.

Böyük ehtimalla “şumer sivilizasiyası” adlandırdığımız bu mədəniyyətin dilində və kitabələrində “şumer” sözü var olmamışdır, çünki ilk dəfə məhz Akkadlar “Şumer” (Sumer-u) kəlməsini işlətmişlər. Tədqiqatçılar isə ilk dəfə “şumer” ifadəsinə Assur hökmdarı Assurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər. Əslində bu kəlmə mənbələrdə “sumər” şəklində qeyd edilmişdir. Bu sözün də ilkin mənasının “keşikçilər, qoruyucular ölkəsi” anlamına uyğun gəldiyi hesab edilir. Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş, Azərbaycan elmi ədəbiyyatına da beləcə intiqal etmişdir. Alimlərin “şumer” adlandırdıqları xalq isə özünü “lu-kengerra” və ya “Sağ Ğiga” adlandırmışdır. O da məlumdur ki, Şumer dili sonralar ibranicə və ərəbcənin təməlini meydana gətirən akkad dili sayəsində təhlil edilmişdir.

Çoxsaylı Şumer gil kitabələrindən alınan nəticələrə görə, Şumerlər öz ölkələrini “Kİ.EN.Qİ(R)” adlandırırdı. Burada “Kİ”-yer və ölkə anlamındadır. “EN”, birinci növbədə göyü, ilahi varlığı, sonra isə titulu (ağa, sahib, hökmdar) bildirir. “GİR” isə daxil olmaq, sahib çıxmaq mənasını bildirir. Deməli Kİ.EN.QİR sözü, “üstünlərin-tanrıların səmavi varlıqların ölkəsi” və ya “tanrıların ayaq basdığı torpaqlar” deməkdir. Danışdıqları dilə isə "Eme-Ki-En-Gir-a", yəni Ki-En-Girin dili adlandırırdılar. Yerli əhali özlərinə isə “Sağ Ğiga” (sigah-siyah, qara millət vəya qarabaş-qul, kölə) deyirdilər. 

“Kİ.EN.Qİ(R)” qonşu sivilizasiyalara fonetik dəyişikliklərə uğrayaraq keçmiş, nəticədə ilkin variantından çox da fərqlənməyən oxşar adlar və titullar ortaya çıxmışdır. Məsələn, bu söz qədim Türklərin dilinə KHANQ kimi keçmişdir. Qədim Türklərin idarəçilərinə verdikləri ad Kağan olub, əsli KHANGdır. “KHANQ”ların tanrıları tərəfindən verilən səlahiyyətləri vardı. Onlar idarəçi və kral idilər. Bu ad zamanla KAQAN, XAQ(K)AN və (K)XAN şəkilinə çevrildi. Bu gün İsveç dilində krala KUNG, Almanca KÖNİG, İngiliscə KİNG deyilməsi “Şumerlər” sayəsindədir deyə bilərik. Çində isə kral və ya imperator üçün HUANQ və UANQ deyilir. Buradakı çevrilmə KHANQAN, HANQAN, HUANQ və UANQ, qədim Slovyan dilində isə KNEZ, KNYEZ K(A)NYAZ sözü vardır. Almanlar KAİSER, Romalılar isə SEZAR demişlər. 

KHANQ sözündə cüt samitlərin düşməsi nəticəsində "kan" sözü törəmişdir. Bu söz həm "axan", həm də idarəçilərin tanrılarla əlaqələrinə bir işarə olaraq müqəddəs qana mənsub olanlar və ya safqanlılar mənası daşıyır. "Qan" sözü zamanla "GEN" olaraq Latın dilində "mənşə" mənasına dəyişərək varlığını davam etdirdi. Latınca GENESİS (ortaq bir qan bağından törəyiş), İngiliscə GENETİCS (Ortaq qan bağını araşdıran biologiya elmi) və GEN (canlılarda ortaq xüsusiyyətləri təmin edən quruluş) sözləri kök olaraq həmın "qan" sözündən törəyir. (Doç. Dr. Haluk Berkmen.)

Məlumdur ki, tarixi mənbələr “Kiengir” sözünün türk dili və Azərbaycanla bağlamaq ənənəsi baxımından çox genişdir. Qədim mədəniyyətimizdə şumer izlərinə həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının, etnik yaxınlığının bir əlaməti kimi çox maraqlıdır. Bu etnik yaxınlığın digər bir göstəricicsi dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir. Bu dil qohumluğu əslində həm qədim, həm də uzun tarixi bir prosesin nəticəsidir. Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət və incəsənət abidələrinin mövcudluğu artıq şübhə doğurmayan bir gerçəklikdir.

Bu gün, akademik elm dünyasının Şumer tarixi ilə əlaqədar ümumi fikirləri əsasən aşağıdakılardan ibarətdir:

1. Şumerlilər Sami deyil.

2. Şumerlilər Hindo-Avropalı deyil,

3. Şumer dili aqlyutinativ (birləşik) bir dildir. 

4. Şumerlilərin mənşəyi naməlumdur.

5. Bu günki qərb sivilizasiyasının təməli Şumerlilərdir.

Şumer tarixini araşdıran, lakin onları daha qədim bir mədəniyyətlə heç bir şəkildə bağlamaq istəməyən qərbli bir çox tarixçi və arxeoloqlar çox təəssüf ki, bu parametrlərdən kənara keçmək istəmirlər. Əsində yüz əlli illik bir iş boyunca əldə etdikləri nəticələr, Şumerlilərin “kim” olmadığı ilə əlaqəlidir. Çox təəssüf ki, qərbli tarixçi, antropoloq və arxeoloqların bu mövzudakı dünyagörüşləri siyasidir. Bu rəftar qərb sivilizasiyasının önə keçdiyi çağımızda bizim kimi cəmiyyətlərə təhsil də daxil olmaqla bir çox mövzularda təzyiq edilməsinə, qərbin görmək istədiyini görməmizə, görmək istəmədiklərini isə görməməmizə gətirib çıxarmışdır.

Əslində Türklərin ilk bəşər sivilizasiyası ilə (yəni kəngərlərlə) qohum olduqlarını sübut edəcək çox zəngin qaynaqlar və çoxlu dəlillər vardır. (Bir məqalə tutumunda bütün mənbələrə toxunmaq mümkün deyil) Həqiqətən də bu məsələyə dil üzərindən yanaşdıqda bu qohumluğu görmək mümkündür. Elə bu qohumluqdan yola çıxsaq, biz bütün Türk tayfalarının kökündə duran vahid dili, ilk və erkən etnosu müəyyənləşdirə bilərik.

“Türk” termininin mənşəyi alimləri  çoxdan düşündürür. “Türk” sözünün ən qədim transkripsiyasına, eləcə də bu sözü izah etmək cəhdlərinə ilk olaraq həm Çin salnamələrində həm də qədim Şumer-Akkad və Mari mixi yazılarında rast gəlirik. İndiki İraq-Suriya sərhədi yaxınlığında Fərat çayının qərb yaxasında fransız alimlərinin apardığı qazıntı zamanı qədim Mari şəhərinin çar arxivini üzə çıxmışdır. Mixi yazı ilə yazılmış tabletlərin (gil lövhələrin) iyirmidən artıq mətnində “turukku” şəklində oxunmuş boy adı vardı. E. ə. XVIII-XIII əsrlərə aid Assur yazılarında da turuklar haqqında kifayət qədər məlumatlara rast gəlinir. Bir Assur mətnində onlar “Turukku ölkəsinin adamları” kimi qeyd edilmişdir və bu ərazidə kutilərin də yaşadığı göstərilmişdir. Ümumiyyətlə, Turuk sözü dünyada türk etnik adının ilk forması hesab edilir. Diqqətlə fikir versən “TURUK” (şumercə yazılışı Ti-UrKİ) sözündə ikiçayarasının ən qədim mədəniyyət mərkəzlərindən biri olan “UR” şəhər adı dərhal seçilir. Tİ.URKİ-yəni Ur Şəhərinin sakinləri. Burada “Kİ” oxunmayan, lakin təyinedici işarədir. Onda, iki sait yan-yana gəldikdə onlardan biri düşdüyünə görə, kəlmə TURKİ (dağ adamları) kimi tələffüz ediləcək. Beləliklə, “Turuk” Ur şəhəri deməkdir. Bu sözün Ur şəhər adından törənə biləcəyi barədə önəmli ehtimal ortatadır.

Qədim kəngərcə olan “UR” sözü bərəkətli, yaşayış üçün əlverişli, münbit yer-torpaq deməkdir. (İbranicə mənası “yanmış” deməkdir.) Xatırlayaq ki, bu təbir müqəddəs Quranda əl-Ənbiya, surəsinin 71-ci ayətində "Bərəkətli Yer" olaraq da qeyd edilir. 

Müqəddəs torpaqla bağlı mövzu və müzakirələrə şumer mənbələrində olduğu kimi səmavi kitablarda da rast gəlirik. Həmin mənbələrə əsasən bu torpaqlar, yer üzünün əsl varislərinin sahib olduqları müqəddəs torpaqlardır, yəni mövzunun bir başa Hz. İbrahim və onun soyu ilə bağlantısı var.

Bilindiyi kimi, Tövrat mətnlərində Hz. İbrahimin qədim Ur şəhərində doğulduğu göstərilir və bu yer həmin mətnlərdə “ur-kasdim” kimi xatırlanır. Bu söz çox güman ki, qəsdlə, səhvən “xaldey” kimi tərcümə edilir. Həmin mənbəyə əsasən Hz. İbrahim, Xasların soyundan gələn Kiengirlərin yaşadığı torpaqlarda yəni Urda doğulmuşdur. Sonra, Hz. İbrahim, Uca Yaradanın buyuruğu ilə Ur şəhərini tərk etmişdir. O, öz ailəsi və az sayda əqidədaşları ilə birlikdə yurdundan, soyundan və ata evindən köçərək Kənan torpaqlarına üz tutmuşdur. Tövratda yazılan “Avraam ibridir” ifadəsi də burdan gəlməkdədir və “ibri” sözü “köçmək, kəsişmək” anlamında-“Avraam köçəridir” deməkdir.

Xasların çıxış yeri olan qədim torpaqları müqəddəsdir və onlar bu torpaqların əsl sahibləridir. Xas soyunun yaşadıqları əraziləri müqəddəs hesab etməsi türkçülük ənənəsinə xarakterikdir. Bir millət olaraq türklərin bütün tarixi dövrlərdəki yaşam tərzi mənəviyyatla bağlı olub. Onlar hara getsələr bu müqəddəsliyi həmişə özlərilə daşımışlar və əslində bu ənənə İlahi bir vədlə bağlıdır. Elmə bu da bəllidir ki, türk xalqının ənənəvi xüsusiyyətlərinə xas olaraq tayfa adları çox vaxt həmin tayfanın (soyun) yaşadığı bölgədə toponim kimi də yayılır. Məsələn, tarixi mənbələr göstərir ki, Şumerlər öz ölkələrini “Ki-En-Gir” adlandırırdılar, lakin bu adın müəllifləri onlar deyildi. Kiengir, yerli xalqın Dingir adlandırdığı üstün varlıqların, yəni bu günki forması ilə desək Tanrıların ayaq basdığı bir torpaqdır. Tanrıların ayaq basdığı torpaqları isə müqəddəs hesab olunur. Bu da öz növbəsində “Ərzi Məvud” mövzusunu ələ alaraq həmin məsələ ilə bağlı müzakirələri kompleks hala gətirməkdədir.

Tarixi olduqca qədim olan Qüds-Yerusəlim şəhərinin adının keçdiyi bilinən ən qədim sənəd M.Ö. 19-cu və 18-ci əsrə aid Misir mətnləridir. M.Ö. 14-cü əsrə aid Tell Amarna məktublarında şəhərin adı “Urusalim”, Qədim Asur mətnlərində “Urusilimmu” və ya “Ursalimmu” kimi qeyd edilmişdir. Qüds şəhərinin ivritcə adı olan “Yeruşalayim (Yeruşalem)” iki ayrı kəlimədən ibarətdir. İlk qismi təşkil edən “yeru"nun mənşəyi və mənası hələ də mübahisəli olaraq qalmaqdadır. Ancaq “qurmaq, təsis etmək” mənasındakı “yarah"dan gəlməsi daha ethimaldır. Kəlimənin ikinci qismini yaradan “şalayim"in əsli “şalem” və ya “şalim"dir. Bu kəlimənin “barış” anlamına gəldiyi irəli sürülür. Şəhərin ən yayğın adı olan “kuds” kəliməsi Aramicə “kudşa”dan gəlməkdədir və bu kəlimə şəhəri deyil, məbədi ifadə edir. 10-cu əsrin əvvəllərində Karaimlər Qüds şəhərini “Beytülmakdis, məbədin olduğu sahəni isə “Kuds” adlandırırdılar. İvritcənin yerinə Aramicənin keçdiyi 11-ci əsrə aid məktublarda Qüds-Yerusəlim şəhərinə “İr hakkodeş” deyilirdi ki, bunu “müqəddəs şəhər” yerinə “məbəd şəhəri” deyə tərcümə etmək daha doğrudur. Qüds (Yeruşalayim) adı Tövratda heç keçmir. Tövratda bəhs edilən Salem şəhərinin Qüds-Yerusəlim olduğu yolundaki tarixi fikir doğrudursa, Əhdi-Ətiqdə şəhərdən ilk dəfə Hz. İbrahimin çağdaşı olan və onunla görüşən Kral Məlkisədək üzərindən bəhs edilməkdədir (Ömer Faruk Harman). Elə buna görə də bu gün hər kəsin “Yerusəlim” kimi tanıdığı coğrafiya müqəddəsdir və Ur şəhər adından götürüldüyü dərhal anlaşılır.

İndi isə bir anlıq düşünək. Əgər qərb dünyası Şumer Sivilizasiyasının sağlam dəlillər işığında qədim Kəngər Sivilizasiyası olduğunu, kəngər dilinin türklərin protodili olduğunu qəbul edərsə və Hz. İbrahimin də ana dilinin qədim türkcə olduğu düşünülsə nələr baş verər? 

1. Türklərin sivilizasiyanı başladanlarla eyni kökdən olduğu və sivilizasiyanın təməli haqqındakı ənənəvi qərb tezislərinin çöküşü,

2. Ədəbiyyat, riyaziyyat, həndəsə, astronomiya kimi bir çox elmlərin Türk Dünyası üçün heç də yad bir elm sahəsi olmaması;

3. Hüquq, qanun, demokratiya və məclis kimi anlayışları ilk dəfə ortaya atanların erkən türklər olduğu;

4. On iki simvollu zodiaq xəritəsini də eynilə on iki heyvanlı təqvim kimi sivilizasiyaya təqdim etdiyimiz;

5. Qondarma aryan-irqçi tarixçilərin, M. Ö. 400-cü ildən əvvəl ortada yox ikən və birdən-birə ortaya çıxan barbar, köçəri bir cəmiyyət olduğumuz haqqındakı iddiaların ağ yalan olduğu.

Şumer tarixini yazan qərbyönlü alimlərin çox qəribə bir təmayülləri də Kiengirlərin əslində kim olduqlarını və dillərini hər fürsətdə tarixdən silməyə cəhd etmələridir. Həm də elə bir millət ki, dilləri Tövrat müəllifinə görə, "bütün dünyanın vahid dili” hesab edilir. İllərcə bütün Şumeroloqlar, bəlkə bilərəkdən qədim Mesopotamiyada yaşayan və mədəniyyət quran bir xalqın özünə vermiş olduğu Kəngər adını göz ardı etmiş və bu sivilizasiyaya Şumerlər deyərək ötüşmüşdür. Lakin Şumer kitabələrində Şumerlilər özlərini  “Lu-Kengerra” (kəngərli) yaxud “Sağ Ğiga”, yaşadıqları ərzilərini “Ki-En-Gi(e)r”, İlahlarını isə “Dingir” adlandırırdılar və göründüyü kimi bu adlar Türklərin mənşəyini işıqlandırmaq baxımından çox böyük əhəmiyyət daşımaqdadır.

Batini damğaların qədim türk dili, o cümlədən sami dilləri ilə paralelliyi olduqca əhəmiyyətlidir. Araşdırmalar görsədir ki, Kiengir mədəniyyətinin kökü Dingirlərə bağlıdır və bu mədəniyyətin kökü kimi dil və yazı mədəniyyəti də Tanrılaşmış və müqəddəsləşdirilmişdir. Dingirlər, ikiçay arasında mədəniyyət salarkən, həmin ərazidə “protodəclə” dilində danışan yerli əhali yaşayırdı. (Qeyd: İkiçayarasının yazıya qədərki etnik tarixi arxeoloji materiallar əsasında bərpa olunur. Erkən dövrdə Mağzaliyyə, Hassuna, Hələf, Übeyd arxeoloji mədəniyyətləri mövcud olmuşdur. Bu mədəniyyət sahiblərinin isə etnik və dil mənsubiyyəti hələ də məlum deyildir. Bəzi erkən toponimik və onomastik materiallara əsaslanaraq güman edirlər ki, İkiçayarasının ən qədim əhalisi “protodəclə” (prototiqr) dilində danışırmışlar.) Dingir və yerli xalqın dil qarışığından isə çox sonralar proto-semit dili və bu dildə danışan tayfalar meydana gəlmişdir. Batini damğalarla yanaşı qədim türk və sami dillərində işlənən əsas dini terminlərin bir-biri ilə identikliyi İlahi Dilin formalaşmasında məhz proto-türk dilinin əhəmiyyətli rol oynadığını düşünməmizə imkan verir. Dil paralelliklərinin, tarixi mənbələrin və mədəniyyətlərin belə bir vacib məsələdə üst-üstə düşməsi bizim irəli sürdüyümüz tezisi doğrultmaq üçün çox ciddi arqument sayıla bilər. Lakin bu sonuncu arqument deyil. İndi isə batini damğaların bəzilərinə və türk, şumer-semit dillərilə olan bağlantılarına baxaq.

“QUT(Z)”  İşığı daşıyan müqəddəs deməkdir. Tövratca Aş(s)Quz (yəni daşımaq, yaymaq-bax; ilahi geni-işığı daşıyanlar), Şumercə Q-UT(UT-günəş-işıq), AĞ-UT(D-Z), AĞUZ, AUĞUZ, OĞUZ (hökümdar çadırında doğulan) Tanrı Oğulları, İlahi ruhu daşıyanlar deməkdir. Mənbələr batini mədəniyyətin qoruyucularını Qut xalqı olaraq göstərir ki, yəhudilər bu nəsli-Quddus (aqdəs) və kodes (ibranicə müqəddəs), yani müqəddəslər nəsli kimi tanımışlar. Ərəb mənbələrində bu İmamiyyə müqəddəsləri-Batinilər, yəni Quranın və digər Müqəddəs Kitabların gizli mənasını, sirrlərini bilənlər olaraq qeyd olunur. Qurana görə ilahi sirrlərlə onlar arasında pərdə yaradılmamışdır. Süleyman peyğəmbər tərəfindən tikilmiş Allah evinin Qüdsdə (Kudüs) yerləşdirilməsi və bu yerin Qüds adlandırılması da həmin Xasər-Qut (Oğuz) müqəddəslərinə aiddir. Deməli digər müqəddəs əmanətlər kimi, Həyat Kitabı da ulu sirrləri bilən batinilərin yanında olmalıdır.

        “ƏL-AL“ Üstün deməkdir. Şumercə ALALU, LULU, LU. Ərəbcə ƏLƏLUN, ƏLA. "Əl Əlina (ALALUNA)” (Ulular-Ucalar) məqamıdır. Xatirlayaq ki, Uca Yaradan mələklərə "səcdə edin" əmr edəndə "İblis xaric, Müqərrəbinlər daxil hamisi səcdə etdi". Sonra Uca Allah, iblisə dedi "Kibirləndimi yoxsa ululardan-ucalardanmı oldun?"(özünü üstünlərdənmi hesab etdin?) (Sad surəsi-75) Burada, Ulular-Ucalar deyə işarə olunanlar, Adəmə səcdə etməmək haqları olan üstün varlıqlardır. Hansı ki, bu haq və bu dərəcədə azad iradə müqərrəbinlərdə yoxdur. Türkcə ƏL, ULULU, ULU”.

          “MA(Ə)N  Müqəddəs Ruh deməkdir. Sanskritcə MANU- ruhani, ərəbcə məna-ruh, türkcə şəxs əvəzliyidir.

        “AS” Hakimiyyətlə ruhaniliyin vəhdətini əks etdirən titul. Məsələn, Aslar həm hökmdar həm də baş rahib sayılırlar. (Qeyd: Bəzi tarixi mənbələrdə az/as etnonimi yaz/haz formaları ilə də işlənmişdir. Həmin formaları y, h səsartımı kimi düşünmək olardı, lakin bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da var. Məsələn, Azaq dənizi az boyadını əks etdirdiyi kimi, Orxon çayının quzey-batısında Kasoqol (Kas gölü) və Xəzər dənizinin adı da Kas/Xəz-ər boylarının adını bildirir. Bu halda nə səsartımından, nə də səsdüşümündən söhbət gedə bilməz. Burada bütün mövcud formaların yaranmasını izah edə biləcək yozuma yalnız larinqal nəzəriyə kömək edə bilər. Yəni proto-türk dialektləri formalaşan çağlarda “as” soyadında boğaz tutulması ilə tələffüz olunan larinqal “a” saitinin tutulma hissəsi bir dialektdə təmizlənmiş, digər dialektdə k, x, h samitinə çevrilmişdir (Firudin Ağasıoğlu 11, 122-124)

“TUR” və ya “T(D)-UR, TUR” Birləşdirən, müqədəs yer, Müqəddəs Məbəd deməkdir. Şumercə “DUR”-yüksək təpə-dağ, məbəd anlamındadır. Qədim türkcədə dağ, Ərəbcədə də dağ, yüksək təpə yaxud “arf-əraf” anlamındadır.

“TUR.ANKİ”  Sonralar “turuki”. Məbəd qoruyucuları.

“TURU”  DİRİ olmaq,  TURUQ-DİRİLİK, həyat deməkdir.

“SİN” Şumercə Ay deməkdir.

“SİNA”  Batinilikdə Adəm, yəni ruhu qəbul edən qəlib deməkdir.

        “MA(Ə)N.AS.TUR”  Müqəddəs ruhun məbədi deməkdir. Batinilikdə bu məbəd, canlı məbəddir, yəni söhbət simvolik olaraq müqəddəs geni daşıyanlardan gedir. Qədim türkcə MA(Ə)NASTUR, şumercə DUR.AN.Kİ. Burada dingirlər tərəfindən yaradılan insanlar üçün şumercə bir termindir. Mənası, bağ-əlaqə, yerlə səmanın-cənnətin əlaqəsi deməkdir. Beləliklə, “MANASTUR”, müqəddəs ruhun məbədi, yeri deməkdir. “TUR” (və ya şumercə “DUR”) müqəddəs məkan və dağ deməkdir və ya məbəd deməkdir.

“TURİ SİNA” Batini mənada Adəm, yəni “gil məbəd”, gizli məbəd deməkdir. Adəm – Səmanı və yeri, maddi və mücərrəd aləmi özündə birləşdirən-bağlayan, “müqəddəs torpaq”.

“A(Ə)R”  Su, təmiz, saf, ilahi mənşəli, batini.

“ARI-(İ)” Təmiz, safqanlı, qarışığı olmayan. Ari-Aryan/Arıyan (axtaran), arı-arınmış (təmizlənmiş), ərmiş-ərən. Doğrudan da Türk dilinə və tarixinə azacıq bələd olan hər kəs bu sözün türk mənşəli olduğunu çox asanlıqla anlayır. Belə vəziyyətdə adam bilmir ki, mövcud faktlara inansın yoxsa irqçi (Ariya, Hind-Avropa dilli xalqlara xüsusilə iran dilli xalqlara aid olunan uydurma soyun adıdır.) tarixçilərin milyonlarla insanlarda formalaşdırdığı yanlış təsəvvürə. Bu absurd "arianizm" nəzəriyəsi o qədər güclü təbliğ olunub ki, təəssüf ki tarixi gerçəklikləri pərdələyə bilib.

          “AĞ” Uca, üstün, böyük qardaş. Tarixi mənbələrdə hökmdar şəcərəsini bildirmək üçün müəyyən şəxs, qəbilə və tayfa adlarının başında xüsusi damğalardan istifadə edilmişdir. Məsələn, “Hökmdar” anlamını bildirmək üçün şumerdə “AN”, türklərdə isə “AĞ” epitetindən istifadə olunur. Batinilər də hökmdar şəcərəsini bildirmək üçün müəyyən şəxs, qəbilə və tayfa adlarının başında “AĞ” damğasından istifadə etmişdir. Məs. “Ağ-Sak”, yəni “ağbaş”lar.

“KH” və yaxud sadəcə “Q” Ulu sirrləri bilənlər-Ülul Əlbab. Lüğətdə “mahiyyət” mənasını verən "lübb" sözü batini mənbələrində “vəhm və xəyal qabığından arınmış”, “özün özü" mənasını verən “lübbül-lüb” isə müqəddəs nurla aydınlanmış, dəstəklənmiş ağıl kimi tərif edilir. Müqəddəs Quranda bir çox yerdə qeyd olunan (məsələn, bax: Sad 38/29, 43) “ülul əlbab” ifadəsi terminin mənbəyi olaraq görülmüşdür. Müqəddəs nurla dəstəklənərək, vəhm və xəyal qabığından təmizlənmiş səlim ağlın transsendental məlumatları dərk edə bildiyi qeyd edilmişdir. Batinilərə görə, “batini mühafizə edən zahir, surət, qabıq və ya dəri” mənasını verən "qaf" hərfi, batin elminin mühafizəkarı olan ər deməkdir.

“KH(X)AS” SAK sözünün tərsidir. Batini ənənədə bəzi damğalarıın tərs yazılışı və yaxud oxunuşu ünvanın həm zahiri, həm də batini şifrəsi olaraq qəbul edilir. Bu söz, şumercə “baş” deməkdir. Batini ənənədə isə “hökmdar sülalə” deməkdir. Düşünürəm ki, apokrif ədəbiyyata da müraciət etmək məntiqlidir, çünki “rəsmi müqəddəs mətlərdən” çıxarılan bir çox həqiqətlər apokrif səviyyəsində qorunub saxlanıla bilər. İddia etmək üçün əsaslar var ki, müəmmalı Məlkisədək, Dünyanın saleh padşahı və ümumbəşəri baş rahib-Həqiqətin qüsursuz evi tarixdə əvvəlki peyğəmbərlərin bəziləri üçün batini inisiasiya rəhbəri kimi çıxış etmişdir. O, mahiyyət prinsipi ilə bütün peyğəmbərlərlə birlikdə gizli göndərilmiş batini rəhbər olaraq hər hekayənin sonunda son möhürü vuran gizli Xaslardandır. Məlkisədək, Hz. İbrahimin batini inisiasiya rəhbəri olmuşdur. Bu inisiasiyanı uğurla başa vuran Hz. İbrahim mürşidindən aldığı batini bilgilər sayəsində atəşdən xilas ola bilmişdir. Məlkisədək, ona ulu sirrlərdən bir əmanət də vermişdir. Bu əmanət sonralar Hz. İbrahimin Qanturadan olan oğulları vasitəsilə tarixdə Xorasan adlandırdığımız coğrafiyaya göndərilir. Bu əmanətin ismi, mahiyyəti bəşəriyyətin nəzərindən gizli saxlanılmışdır. Məhz bu sirrin qüvvətilə Xorasan batin məktəbi qurulmuşdur.

Səlahiyyət sahibi Zülqərneyn də Xasərlərdən biridir. Hz. Yunisi balığın qarnından çıxaran, Hz.Musanı öyrədən, ona dənizi yarmaq üçün bilgi verən, Hz. Süleymana da gizli bilgilər verən yenə Xaslardandır. Çayları axıdan, ağacları çiçəkləndirən, zalım və riyakarlara qarşı əzabları şiddətli olan, zamana və məkana hakim olan Xaslar Allahın qüdrətidirlər. (“Bihar”cild 26, s. 7-15).

“SAK” Sakların adı e.ə. VII əsrdə yaradılmış Avestada da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də tur, yaşadıqları ərazi isə Turan adlanır. İranşünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran eposundakı İran-Turan müharibələrini farsların iki hissəsi arasındakı müharibə kimi qələmə verirlər. Halbuki, Firdovsinin Şahnaməsində Turan türklərin yaşadığı ölkə kimi göstərilmişdir. “Avesta” yazılı mifik dastanının “Yaşt” bölməsində “Kanqxa” tanrı və “Vara” qala adına rast gəlirik. Bu Tura nəslindən (bu nəsil “dindar”, “pak”, “ədalətli”, “insaflı” adlanırdı) gələn bir ad olmaqla “Kanq sığınacağı” mənasını daşıyırdı. Toponim kimi Həmədan-qədim Midiya paytaxtı Ekbatan yaxınlığında Kanqavar adında qalan bu Vara məbədi 7 qızıl divarlı–sığınacaq məbədi idi və bu məbəd Herodotun yazılarında da xatırlanır. Göründüyü kimi, bu müqəddəs məbəddə də batini ənənəyə xas olan simvolizmlərə rast gəlinir. “Naramsin haqqında əfsanə”də deyilir ki, əvvəllər qarabaş adlanan yerli xalqın tərkib hissəsində “SAK” adlanan tayfalar annunakların zülmünə dözməmiş və ayağa qalxmışdılar. Hətta misli görünməmiş bir cəsarətlə onları öldürməkdən belə çəkinməmişlər. Bu cürətlərinə görə, lənətlənmiş xalq və murdar hesab edilirdilər. Əfsanədə deyilir: “Utu onları ikiçay arasından dağlara sürgün etmişdir”. Həmin mənbədə deyilir ki, sonralar Ur şəhərindəki ay məbədi təhqir olunduğu üçün məbəd qoruyucuları Qutlar çəyirtgə sürüsü kimi hücum edərək qısa zaman ərzində Akkadı yerlə yeksan edirlər. Həmin mənbədə Qutium ölkəsi-yeddi çar və yeddi qardaşların başçılıq etdiyi “böyük qardaşlar” (Ağabəylər) ölkəsi adlanır. Bəşər tarixinin hər səhifəsində batinilərin izlərinə rast gəlinir.

“UR” Adəm, Şumercə Torpaq, münbit, yaşayış üçün əlverişli. İbranicə yanmış. “URU”, “URU”, “QUR/K(Q)URU” Şumercə qurmaq, quruluş, “URUQ” Həm şumer həm də türkcə qurğu, tikili.

“E.K(Q)UR”  Şumer terminidir və mənası “dağ evi” deməkdir. Aydın olur ki, ziqquratlar ilə dağ evləri arasında aydın bir əlaqə mövcuddur. Yer Üzünün İlk Məbədinin yeri–Ali İmran 96, Ənam Surəsi 92. “Məkkə”, Müqəddəs Quranda, “Bəkkə”, “əl-Bələdül-Əmin” və  “Ümmül Qüru” (şəhərlərin anası) ismiylə də xatırlanmışdır.

        Bu vahidlər batini təfəkkürün məhsuludur. Bu simvol və damğalar keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirən real faktordur, tarixin canlı şahidləridir. Hər birində indi olmayan forma və anlayışların izi qala bildiyinə görə bunların tədqiqi tarixin ən mürəkkəb və mühüm sahəsi hesab edilən dil tarixi üçün zəruri faktlar verə bilər. Özünəməxsus spesifik cəhətlərini nəzərə alaraq bu materialların öyrənilməsi dilçiliklə yanaşı tarix, etnoqrafiya, etimologiya sosiologiya və s. elmlərinin bir sıra problemlərinin həllinə də köməklik edir. Göründüyü kimi, bu damğaların türk-şumer-sami dilindəki sözlərlə oxarlığı həmin dillərlə möhkəm onomastik bir sistem təşkil edir. Ümumiyyətlə, bu vahidlər bəşəriyyətin ümumi mədəniyyətinə təsir edən vasitələrdəndir.

Beləliklə, batini genelogi şəcərəni bildirən damğalar vasitəsilə biz, İlahi Geni daşıyanların kim olduqlarını öyrənirik. Bu damğalar, batini ərənlərin gizli mərkəzlərindən tutmuş, onların mənsubiyyətinə qədər vacib olan informasiyaları əhatə edir. Bundan başqa, Dünyanın bütün gizli mərkəzlərinə, o cümlədən müqəddəs əmanətlərə sahib olanların batin ərənlərinin olduğunu göstərən bu damğlar, məna etibarı ilə müqəddəs yazılardakı dərin mətləblərin də üzərindəki sirr pərdələrini qaldırır. Həmin ərənlərin qan bağı olan qədim Türklərin müqəddəslər və məbəd qoruyucuları olduğunu da öyrənmiş oluruq. Nəticədə məlum olduğu kimi, Azərbaycan türklərinin etnogenezində bir başa iştirak etmiş Kəngərlərin ataları hesab edilən Xasərlər ən qədim zamanlardan indiki Azərbayan adlanan ərazidə yaşamışdır.

Əgər, Kəngərlərlə bağlı bütün etimoloji izahlardan ortalığa çıxan leksik fonetik və onomastik müqayisələri batini damğalara əsasən ələ alsaq aşağıdakı nəticələri deyə bilərik:

Məlum olur ki, Mesopatamiyaya köçən və burada öz dövlətlərini quran Kəngərlər ayrıca prototürk tayfası olmuşdur və onların ilk hakim sülaləsi KXAS sülaləsidir. Bir halda ki, kəngər dili türklərin proto-dili hesab olunur, onda çöx sözə ehtiyac yoxdur. Əgər mövcud pazlları düzgün şəkildə bir yerə yığsaq, Şumer mədəniyyətinin əslində qədim Türk Mədəniyyətinin irsi olduğu, yəni bu mədəniyyətin əsasını Qədim Türklərin qoyduğu ortaya çıxacaqdır. Yerüzündə elm, sənət, mədəniyət və tarix türklərdən başlayır.

Batini mənbələrinə əsaslanaraq, tanrı genlərini daşıyan müqəddəs irqi bir toxumdan bitən nəhəng həyat ağacına bənzətsək, bu ağacın toxumu qədim Xaslar, onun kökü isə Dingir Kəngərlər olacaqdır. Sonra bu kökün üstündə vahid bir gövdə ucalır-dingirlərlə eyni dildə danışan və onlarla qaynayıb qarışan səlahiyyətli Qarabaş Kəngərlər.

Türk soy və boylarının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün batini damğaların müstəsna əhəmiyyəti vardır. Bu damğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin müəyyənləşdirilməsi baxımından olduqca qiymətlidir.

Şumer sivilizasiyası tarixini diqqətlə öyrənən bir çox tədqiqatçılar çox zaman açıq və ya üstüörtülü şəkildə planetimizdəki təkamülün guya “kənar faktorlar”ın təsiri nəticəsində baş verdiyini iddia edirlər. Əslində cəmiyyətin şüuraltına yerləşmiş bu yanlış düşüncə tərzi səbəbsiz yerə ortaya çıxmamışdır. İnsanlığa yem etməyə çalışdıqları həmin saxta iddiaların ortaya çıxma səbəbləri elə bizim müzakirə predmetlərimizidən biridir. Son zamanlar bəşər tarixi ilə bağlı bu absurd hipotezlərin təsiri altına düşərək yanlış, cəzbedici və aldadıcı ilhamlara qapanaraq cildlərlə kitablar yazan türk əsilli bəzi araşdırmaçı-yazarlar ortaya çıxmışdır. Təəssüf ki, Türk Dünyasında, xüsusilə də kütləvi informasiya məkanlarında milli-mənəvi kimliyimiz, tarixi kökümüz əleyhinə təbliğat məqsədli xarakter daşıyan proqrammlar hazırlanır. Bəzi tədqiqatçılar tarixi öz mənfəətləri üçün şərh edir və onu yenidən saxtalaşdırırlar. Bəziləri isə özləri bilərəkdən və ya bilməyərəkdən böyük manipulyasiyaya, beyin yuma əməliyyatlarına alət olurlar. Xüsusilə də bu əməliyyatların əsas müəllifləri türkün mənəvi tərəfinə və tarixi köklərinə yaxşı bələd olan və bu həqiqətləri əsrlər boyu nəzarətdə saxlayan qaranlıq təşkilatlardır. Bu səbəbdən Türkün kökünü kosmosa, qeyri-insan irqinə, tək kəlmə ilə məchula bağlamaqla əslini və türk varlığının ülvi mənasını dünyaya unutdurmağa çalışırlar. Təəssüflər olsun ki, bəzi alimlərimiz və araşdırmaçılar da böyük zövq və məmnuniyyət hissi ilə özlərini bu tələyə saılrlar. Sanki atalarının başqa planetlərdən gəlişi onları fərqli bir qəhrəman edəcəkmiş kimi azğın və yanlış qürurlara qapanarlar. Çünki mənaya qapalı olan insan həqiqətən zəifdir, çarəsizdir və asanlıqla idarə olunur.

Əslində Türk xalqının irsi olaraq gətirdiyi ən böyük xüsusiyyət ruhaniyyəti (yaradıcıya yaxınlığı) və hölmdarlığı bir arada tutmaqdır. Bu millətin başqa bir ifadə ilə desək əsl iç üzü ilahi aləmə dönük olmasıdır və onlar qədim zamanlardan bu cür yaşamışlar. Bu millətin digər millətlərdən çox incə fərqi elə budur. Bizim iç üzümüz davamlı bir şəkildə səmalara, ilahiyə, ruhi dünyaya dönükdür. Çünki, varlığımızda ilahi genlər daşıyırıq. Bu genlər, bizə atalarımızdan intiqal edən bir mirasdır. Bu millətin vəzifəsi daşıdığı həmin ilahi yükü-əmanəti mühafizə etmək və ilahi missiyanı bütün dünyada bərqərar etməkdən ibarətdir.



Müəllif; Sadiq ALISOY