5.11.2023

YARADILIŞ, MATERİYA VƏ ƏLAQƏLƏRİ

 


YARADILIŞ, MATERİYA VƏ ƏLAQƏLƏRİ
Məntiqim məni sıxır.


Mənim ən sevdiyim elmi sahə təsəvvüf, fəlsəfə, ürfan, astroloji və arxeoloji tarixlə geniş maraqlanıram. Ələlxüsus da ASTRONOMİYA ilə.
Nasa məlumatlarını araşdırmağı sevirəm. Nikola Teslanın batini təxəyyülü və texniki icadları, Nostradamus, Albert Enşteyn və s.
Mənə bilirsiz nə maraqlıdır? "İran yapımı" olan hz. İsa filmində hz. İsanın ölünü diriltməsi səhnəsi doğru ifadələrlə səsləndirilməyib məncə, ya da məlumat mənbəsi doğru deyil. Bəzi şeylər mənə məntiqsiz gəlir. Hz İsa qəbrdə yatanı dirildir, soruşur ki, sən kimsən? O da deyir ki, mən hz. Nuhun oğlu Samam. Sonra deyir ki, sən mənim adımı çəkəndə elə bildim qiyamət günüdür, oyandım. 1. (Hz İsa həm adamın adını çəkir, həm də ondan adını soruşur...)
Və digər bir məsələyə toxunsaq hz. İsa onu dirildib soruşur ki, təkrar yaşamaq istərmisən? O da deyir ki məni qaytar, təkrar ölümü dadmaq istəmirəm. Zalımın oğlu... Onsuz da dirilmisən də, ikinci dəfə geri qaytarsa yenə öləcəksən, ölümü dadacaqsan... Məntiqsiz ifadələr çoxdur.

Allahu Təala c.c Qurani-Kərimdə buyurub; Ta-Ha, 55.

مِنْهَا خَلَقْنَاكُمْ وَف۪يهَا نُع۪يدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرٰى

"Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra" 

Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.

İlk növbədə deyim ki, ölünü diriltmək Allaha məxsusdur. Və yenə deyim ki, Allahın ayədə buyurduğu dirilişlə bağlı say dəyəri iki dəfədir. Yəni Adəm torpaqdan yarandı, bizim ana bətnindən doğuluşumuz birinci diriliş, qiyamət günü (torpaqdan) çıxarılacağımız ikinci dirilişimizdir.  Ayədə üçüncü bir dirilişdən bəhs edilmir. Əgər belə bir üçüncü vasitə olsaydı, o zaman hz. İsanın insanı qəbrdən çıxarıb sorğu-sual etməsi və geri döndürməsi həqiqət sayıla bilərdi.

Sözüm o deyil, düşünsək ki hz İsa camaatın gözünə pərdə çəkib materializmdə ölünün dirilməsi bir gecədə ola bilməz, nə də ki ayın ikiyə bölünməsi nə də günəşin əksdən çıxması filan... Hər nə qədər təsəvvüf kimi həqiqətlər olsa da maddələrlə yaşayırıq, mistik hadisələrin zamanı yoxdu sadəcə bəsirət gözüylə köklənib ətrafındakıları da konsantre edir, onlar da nəsə görürlər, qeybi hadisələri filan, hətta hiss edirlər.
Amma bu həqiqətən yeri qazdı kimisə qəbrdən çıxartdı diriltdi, yenidən öldürdü deyə bir şey yoxdur, əgər orda arxeoloq olsaydı torpağı incələyib baxsaydı, bəlkə də görərdi ki, ora heç illərlə toxunulmayıb.
Bəlkə də günah düşünürəm, ya nədirsə... məntiqim məni sıxır. Düşünürəm ki elə Peyğəmbərlər də ən böyük sahirlərdilər. Allahın elmi zatən eynidir, icazəli və ya icazəsiz. Əgər özbaşına edirsənsə sehrbaz və ya magissən. Əgər bunu peyğəmbər edirsə mütləq şəkildə Allahın varlıq dəllillərindən, qüdrətindən insanlara xəbər verməkçün etmişdir. Peyğəmbər olmayan biri bunu edəndə tutub torpağa basdırırdılar. Zülkifl həbsdən çıxanda onunla birgə 40 peyğəmbər də çıxmışdı. Sonra onlara sahir adı verdilər ..nə isə.

Uzun sözün qısası mistik hadisələrin real olması üçün gərək əsrlər keçsin. Necə ki yer üzü əsrlərlə eralarla böyük partlama zamanı ərsəyə gəlib və buna Qurani kərimdə 6 gündə yaratdıq deyilir. Eləcə də günəşin əksdən çıxması üçün saniyələr durmalı, plank geriləməli və həyat durmalıdır ki, bu da əsrlər çəkə bilər. Nəzərə alsaq ki dünya səması genişlənmədədir, samanyolu qalaktikasından 10 milyardlarla işıq ili məsafəsində olan 7 qat səma troposferdən 8-ci qatadək olan fəzayadək varlığı qurani kərim əsasında təhlil edilmiş, eləcə də astrofizik Edvin Hablın Dopler qanunu əsasında fəzanın genişlənmədə olduğu bariz görülüb, hətta hesablamalara görə milyon əsrlər sonra sutkada 25 saat olacağı və bu genişlənmə xətti ilə plankın geriləməsi mövcud görünmür və üstəlik nəzərə alsaq ki yer bircə saniyə belə dayansa günəş onu yandırıb külə döndərər...
Bu baxımdan günəşin əksdən çıxmasını görmək də mistikadı ya da görməyəcəyik, bəlkə də görsək belə maddi aləmə heç bir aidiyyatı olmayacaq. Bu məsələyə ilk görüşüm....

Digər yöndən, bütün bunları təkzib edən amillərdən bəhs edilir ki, bu da bir-biriylə uzlaşmır.

Misalçün fizikada olan ŞÜA MAGNİT QÜVVƏSİNDƏN bəhs etsək, yəni, təbiətdə bir çəkirdək vasitəsi ilə fəzaya daşıyan maqnit qüvvəsi olduğunu .... Və ilahi intizamın sözünü doğrultduğunu bu yaxınlarda səbəb göstərilən QÜTBLƏRİN DƏYİŞMƏSİ prosesi. Qütblər dəyişdiyi zaman da global xəritə dəyişir və təqribi 300 əsr aralığında günəşin sağa doğru dönməsi hərəkəti bəlli olur. O zaman əsrlər çəksə də günəş əks tərəfdən çıxmağa başlayır.
Lakin, bunu qeyd edim ki, belə bir şeydən söhbət gedə bilməz. Dünyanın qütblərinin dəyişməsi üçün ilk öncə coğrafi qütblər dəyişməlidir ki, bu da ancaq göy daşları asteroid çarpması və ya planetlərin yer dəyişməsi, nizam-intizamının pozulması nəticəsində baş verə bilər. Yəni düşünürəm ki bütün bu sistemin davamiyyətinin pozulmamasını qoruyan İlahi qüvvədir. Ənbiya; 22-ci ayə.

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا  ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

Ləv kânə fîhimâ âlihətun illâllâhu lə fəsədətâ, fə subhânallâhi rabbil arşi ammâ yasıfûn.

Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır!

Bunlar bir yana. Deyək ki, bu ikinci görüş haqdır. Bəs axı eralar öncə də qütblər dəyişmişdi... yəni əks tərəf bildiyimiz öncələr olan hərəkət sistemi idi... Fikrimcə kainatın sağı və solu da Allah üçün birdir. Yəni bizim iki gözümüz, sağ və solumuz, görüb görmədiklərimiz olduğu üçün, biz bu hərəkət sistemini ikiyə bölmüşük. Sağda gördüyümüz mənzərə biz əks döndüyümüz zaman bizim solumuzda olur. Bu baxımdan məkanın sağı və solu olmadığı kimi, kainatda da zaman aşımı mövcud deyil. Bütün kainatın sistemi bir-biri ilə əlaqəlidir və bu mükəmməl sistemin mükəmməl tək qoruyucu var. 




Müəllif; Vüsalə VƏTƏNXAN, AYB.


0 Rəy:

Yorum Gönder