ERKƏN ORTA ƏSR TÜRKDILLI MƏNBƏLƏRİ
1. Orxon-Yenisey abidəsi.
2. Kitabi Dədə Qorqud dastanı mənbə kimi
Ədəbiyyat:
S.Əliyarov.
Kitabi-Dedem Korkud kitab olmuşmu? Ankara, 1991.
2.
Y.Mahmudov.
Azərbaycan tarixi intibah dörü. 1996.
3. Источниковедения и история тюркских
языков. Казань, 1978.
4. Малов С.Е. Памятники древнетюркской
письменности. М., Л, 1951;
5. Памятники древнетюркской
письменности Монголии и Киргизии. М.,Л,
1959; Енисейская письменность тюрков.
М., 1952.
6. Кляшьторн С.Г. Древнетюркские
рунические памятники как источник по истории Средней Азии. М.,Л, 1964.
7. L.Qumilyov. Qədim türklər. Bakı,
1993.
8. Rəcəbov Ə. Məmmədov Y. Orxon-Yenisey
abidələri. Bakı, 1993.
9. Şükürlü Ə. Qədim türk yayılı abidələrinin
dili. Bakı, 1993.
10. Kitabi-Dədə Qorqud. Bakı, 1988.
11. Бартольд. Сочинения. Т.V. М., 1969; т.VIII, М., 1973.
12. Azərbaycan
tarixi üzrə qaynaqlar. Bakı, 1989.
13. N.Orkun.
Eski türk yayıtları. İstanbul, 1930, 4 cilddə.
Qədim türk Orxon-Yenisey abidələri Mərkəzi Asiyada yaranmış
türk xaqanlığı tarixini öyrənmək üçün ilkin və əvəzsiz mənbədir. Bu bütün türk xalqlarının
müştərək və ən qədim yazı nümunəsidir.
Qədim türk abidələrinin tədqiqi dünya miqyasında geniş
intişar tapsa da, onların əhatə etdiyi tarixi dövr, məhz bu dövrdə yaranan türk
xaqanlığının tarixdə oynadığı rol öz elmi həllini zəif tapmışdır.
Əgər L.Qumilyovun yaradıcılıq məhsulu olan “Qədim türklər”
monoqrafiyasını qeyd etmiş olsaq, bu da türk qurumunu müstəqil deyil, Mərkəzi Asiyada
yerləşən digər dövlətlərin tarixi inkişafı məcrasında və onun ayrılmaz hissəsi kimi
təqdim edir.
Bu abidələrlə bağlı Avropa, Türkiyə, Rusiya və Azərbaycanda
çoxlu məqalə və monoqrafiyalar yazılmışdır. Lakin problemə tarixilik baxımından
deyil, dilçilik baxımından yanaşmışlar. Aparılan tədqiqatlarda abidələr ümumtürk
mənbəyi kimi əsaslandırılmamış, bu abidələri başqa xalqlara – ruslara, finlərə və
germanlara şamil etmək meylləri də olmuşdur.
Hələ XIII yüzillikdə yaşamış ərəb tarixçisi və səyyahı
Əlaəddin Ata Məlik Cüveyni “Tarixi cahanguşa” adlı əsərdə (Dünya fatehinin tarixini
1260-cı ildə yazmışdır) bu abidə haqqında məlumat verdiyini nəzərə alsaq, bu abidənin
həmin yüzillikdən elmi aləminə məlum olduğunu söyləmək olar.
O, yazırdı ki, “Ordubalık şəhərinin xarabalıqlarında və
saray qapısı qarşısında üstündə yazılar olan yonulmuş daşlar mövcuddur. Onun əsərində həmin daşlar üzərindəki yazının
(qrafiks) təsviri yoxdur. Müəllif heç bir yerdə bu yazının Orxon-Yenisey və yaxud
uyğur əlifbası ilə yazılmasına işarə etmir. Lakin güman etmək olar ki, bu daş kitabələr
“Orxon-Yenisey yazısı ilə yazıla bilərdi. Bunu nəyə əsasən söyləmək olar?
1. Dunxuan və Turfanda tapılan yazıların demək olar ki,
hamısı daş üzərində yazılmışdır. Ordubalıq şəhərinin xarabalıqları Monqolustanın
lap mərkəzindədir və türklərin qədim yaşayış məskənləri də burada yerləşirdi.
2. XIX əsrin sonunda Orxon-Yenisey əlifbası ilə yazılmış
Orxon kitabələri məhz bu ərazidən tapılmışdır.
Avropalılara Orxon-Yenisey abidələri haqqında ilk məlumatı
Niderlandın paytaxtı Amsterdam şəhərinin burqomistri N.Vitzen vermişdir. 1692-ci
ildə Sibirə sürgündə olan Vitzen «Şimali və Şərqi Tatarıstan» adlı kitabda bu haqda
məlumat verir.
Bir qədər sonra Tobol boyarlarından birinin oğlu S.Remezov
I Pyotrun göstərişi ilə 1696-cı ildə 2 xəritə
tərtib etməklə onları 1692-ci ildə nəşr etdirmişdir. Müəllif burada Orxon-Yenisey
abidələri haqda dolayısı məlumat verir, onların olduğu yeri göstərir, lakin bu abidələrin
özləri haqqında elmi əhəmiyyət daşıyan bir söz demir. Hətta abidələrin yazıldığı
işarələrin birinin belə şəklini təqdim etmirdi.
Orxon-Yenisey daş kitabələrinin elm üçün kəşf edilməsi
İ.Fon Stralenberq və D.Misserşmidtin adları ilə bağlıdır. 1709-cu ildə Poltava döyüşündə
əsir düşən 13 il Sibirdə sürgündü qalan 1722-ci ildə azad edilərək Stokholma qayıdan
Stralenberq 2 elmi əsər yazaraq (Avropa və Asiyanın Şimal və Şərq hissəsi)
1730-cu ildə alman dilində nəşr etmişdir. O, elm aləmində ilk dəfə olaraq bir neçə run yazısı haqqında məlumat verir və
german runikasına oxşadığına görə türk yazı işarələrini «run yazısı» adlandırmışdır.
D.Misserşmidt 1720-1727-ci illər arasında Sibirə göndərilən
ekspedisiyanın başında durur. 1721-ci ildə
III Uybat abidəsi adlanan abidəni kəşf edir.
Həm Misirşmidtin, həm də Sibirin general qubernatoru Yakobinin
tapdıqları Yenisey abidələri 1773-cü ildə P.Pallasın çap etdirdiyi kistaba daxil
edilir. Bu kitaba daxil edilən yazı surətləri Orxon-Yenisey abidələrinin öyrənilməsi
tarixində ikinci nəşr kimi diqqəti cəlb edir.
«Qədim türk daş kitabələrin» öyrənilməsində yeni mərhələ
Q. Spasskinin adı ilə bağlıdır. O, 1818-ci ildə «Sibirskiy vestnik» jurnalında
2 Yenisey abidəsinin surətini nəşr etdirir. Onun «Sibirin qədimlikləri» adlı məqaləsi
1822-ci ildə akademik F.Kruq tərəfindən «Sibirin yazılı abidələri» adı altında latın
dilinə tərcümə edilir.
Bundan sonra Avropa alimlərindən – A.Remüze, V.Humboldt,
Rommel, Y.Klaprot bu müəmmalı yazılarla maraqlanmağa başlayır və abidənin milli
mənsubiyyəti haqqında məsələ qaldırır.
XIX əsrin II yarısında Gültiqin Bilgə xaqan abidələrinin
N.Yadrintsev tərəfindən kəşfi və 1893-cü ildə V.Tomsen tərəfindən yazıların oxunmasına
«açar» tapılması ilə adı çəkilən problemin tam şəkildə öyrənilməsinin bünövrəsi qoyulur.
V.Tomsen 1924-cü ildə bu işinə demək olar ki, yekun vurur
və «Monqolustandakı qədim türk yazılı abidələri» adlı əsərini nəşr etdirir.
Bu dövr tədqiqatçıları – V.Bartod, Q.Vambere, V.Vasilyev,
Q.Qobelents, İ.Markvart, Nəcib Asim, abidənin ayrı-ayrı hissələrini araşdırmış və
problemi geniş şəkildə təqdim etmişlər.
V.Bartold qədim türk qəbilələri tarixi haqqında geniş konsepsiya
hazırlamış, V.Banq isə «Göytürk» terminini ilk dəfə işlətmişdir.
XIX əsrin I yarısında bu yazılı abidələrin araşdırılmasında
bir durğunluq nəzərə çarpır. XX əsrinr II rübündə abədələrin nisbətən hərtərəfli
təhlilinə başlanılır. Bunun bir mənbə tarixi,
türkoloji mətnşünaslıq mövqeyindən araşdırılmasında S.Malov və H.N.Orkunun
böyük xidməti olmuşdur. Orxon-Yenisey abidələrinin öyrənilməsində yeni məktəb açmışlar.
Abidələrin təhlili, onların tərcüməsi Transkripsiyaların müqayisəsi, mənbədəki hadisələrin
xarakterizə olunması və s.
Sonrakı dövrlərdə A.Bernştam ilk dəfə olaraq, VI-VIII əsrlər
Orxon-Yenisey türklərinin sosial-siyasi quruluşunu açıqlamış, S.Klyaştorn orta Asiya
tarixinin öyrənilməsində bunun bir mənbə rolu oynadığı vurğulamışdır.
Tədqiqatçıların diqqətini cəlb edən məsələlərdən biri də
Orxon-Yenisey əlifbasının mənşəyi məsələsidir. Bu bir çox mübahisələrə səbəb olmuşdur.
Bu sahədə 2 konsepsiya özünü göstərir.
1) Orxon-Yenisey əlifbasının damğalardan əmələ gəlməsi
konsepsiyası (bunu hələ 1859-cu ildə A.Şifner söyləmişdir). XX əsrdə bu fikri ən çox dəstəkləyən L.Kzlasov olmuşdur.
2) Kononov qədim türk «run əlifbasının öz əsasına görə
arami mənşəli hərfi yazıya daxil olduğu fikrini əsaslandırmışdır.
Bu məsələyə N.Piqulevskayanın da əsərində toxunulmuş və
müəllif VI əsrin ortalarında Suriya xronikasının tərtibçisi Zaxari Mitilenskiyə
(Zaxariya Ritor) əsaslanaraq «daha çox əvvəl hunların öz dilində yazılaraq meydana
gəldi» fikrini açıqlamağa çalışmışdır. Türk qəbilələrinin yazıya malik olması faktına başqa mənbələrdə də rast
gəlirik. Yalnız bu yazıların məhz Orxon-Yenisey əlifbası ilə və ya bu yazı işarələri
ilə yazılmasına toxunulmur. Bu elm aləmində müəyyənləşsəydi, yəqin ki, Orxon-Yenisey
yazısına qədər Göytürk əlifbasının olduğunu müəyyən etmək olardı. Həm Suriya, həm
Çin səlnamələri türklərin yazıya malik olmasını təsdiqləyir, bunun isə Orxon-Yenisey
əlifbası ilə yazılan yazı olduğunu əsaslandırmır.
XX əsrin II yarısında abidələrin öyrənilməsinin yüksəlişi
dövrü kimi diqqəti cəlb edir.
Klyaştorn, Batmanov, Şerbak, Nasilov, Kondratyev abidələri
linqvistik, Amanjalov, İslamov, Aydarov, Vasilyev, Stebleva abidələrin ayrı-ayrı
məsələlərini, Avropa tədqiqatçılarından Klouson, Aalto, Bazen, Türkiyədə H.Orkun,
Əhməd Cəfəroğlu, Məhərrəm Ergin, Tələt Tekin, Şinasi Tekin abidələrə hərtərəfli
yanaşmış və onları tarixi baxımdan tədqiq etmişlər.
Azərbaycanda, Ə.Rəcəbov, Y.Məmmədov, M.Məmmədova xüsusi
xidmət göstərmişlər.
Orxon-Yenisey əlifbası ilə ağac üzərində yazılmış yeganə
nüsxə olan «Talas çubuğu» 1931-ci ildə kəşf edilmişdir.
Bu daş kitabələri Türk xaqanlığının orta əsrlər tarixinin,
həmin xaqanlığın daxili, xarici siyasətini, hərbi-siyasi bölgü prinsipini, Tibet,
Çin, Bizans, İran və s. dövlətlərlə əlaqələri özündə təcəssüm etdirən qiymətli bir
qaynaq olmaq etibarilə bu gün də aktualdır.
2.
Kitabi-Dədə Qorqud (əsas mətn: Kitabi-Dədə Qorqud ala lisani taifeyi oğuzan
adlanır).
Türkdilli xalqların müştərək yazılı abidəsi olan «Kitiabi-Dədə
Qorqud» dastanı Azərbaycanın tarixi coğrafiyası, ictimai-iqtisadi və sosial həyatını
öyrənmək üçün çox dəyərlidir.
200 ildən çox bir vaxtdır ki, bu dastanın ana qaynağın
tədqiqinə başlanmış və bu günə kimi davam etməkdədir.
Orta əsrlər dövründən bu abidəyə maraq olmuş və hələ XIII-XIV
əsr müəllifləri bu haqda müəyyən fikirlər mülahizələr yürütmüşlər. Orta əsr səlnaməçi
Əbülqazi xan Xivəli «Şəcəreyi tərəkamə» və Rəşidəddin «Came ət-Təvarix» adlı əsərlərdə bu haqda məlumat vermişlər. Belə,
fikir də var ki, bu dastanın ilk əlyazması XII əsr tarixçisi Əbu Bəkr ibn Dəvadariyə
məxsusdur (bu orijinal deyil, ərəbcəyə tərcümədir).
O, bunu islamın ilk çağlarına aid qaynaq
hesab edir.
Kitabi-Dədə Qorqud dastanını ilk dəfə XVIII əsrin sonlarında
ərəbşünaslıq üzrə mütəxəssis Yakob Reysne Drezdendə aşkar edib və bu əlyazmanın
ərəb əlifbası ilə yazılması alimi çaşdırıb. Bunu ilk dəfə kataloqa daxil edən alim
Yakob Reysne olmuşdur. XIX əsrin əvvəllərində alman alimi ərəbşünas Fleyşer bu əlyazmanı
ərəb əlyazması hesab edərək bunu XVI əsr ərəb əlyazması sırasına daxil edir.
Kitabi-Dədə Qorqud dastanın elm aləmində yayılması Alman
alimi Fridrix fon Ditsə aiddir. O, Prussiyanın Türkiyədəki səfəri idi və 1815-ci
ildə O.Drezden kitabxanasında olarkən «Basatın təpəgözü öldürməsi boyunu alman dilinə
tərcümə edib çap etdirmişdir(8 –ci boy).
1857-ci ildə digər alman şərqşünası Vilhelm Qrim bu
boyu «Odisseyin nağıl səciyyəli təpəgözün kor edilməsi süjetini öz xülasəsinə daxil edir.
Ümumiyyətlə, Dastan 2 nüsxədən ibarətdir:
1) Drezden nüsxəsi (154 səhifə) – 12 boy (Azərbaycan
dilində müəyyən edilmişdir)
2) Vatikan nüsxəsi (109 səhifə) – 6 boydan ibarətdir
və XVI əsr türkcəsində yazılmış dildə qələmə alınmışdır. Digər alman şərqşünası
Teodor Neldekenin böyük xidməti var. Neldeke bu boyları tam başa çatdıra bilmədiyindən
onu Almaniyada təhsil alan tələbəsi Bartolde verir və o, 4 boyu rus dilinə çevirir.
O, «Tureçkiy epos i Kavkaz» adlı məqaləsində dastanın məzmununu aça bilmişdir.
O, «Kniqa moeqo deda Korkuda» adlı məqalədə bunu türkmənlərə
aid edir və belə bir fikr gətirməsində səbəb əsərin sərlövhəsindəki «oğuz» sözü olmuşdur. O, türkmənləri əvvəllər oğuz adlandırdığını
qeyd etdiyindən bu fikri müdafiə etmişdir. Hadisələrin Qafqazda cərəyan etməsi və
dastanın Qafqaz türkmənlərinə aid olması fikrinə gəlib çıxır.
Mütəxəssislərin fikrincə Drezden nüsxəsi daha qədimdir.
V. Bartold dastanın 4 boyunu rus dilinə çevirib kommentari
(şərh) verməklə çapa hazırlamışdır. Lakin Dastanın Bartold variantı onun ölümündən
sonra işıq üzü gördü.
A.Yakubovski «Qorqud kitabı» və onun erkən orta əsr
türkmən cəmiyyətinin öyrənilməsində rolu məqaləsində bu eposun XV əsrdə Azərbaycanda
yazıldığını göstərilir. Müəllif bunun daha qədim zamanlardan yarandığını və həm
də oğuzların hələ islamı qəbul etmədiyi dövrə şamil edildiyini təsdiq etmək istəyir.
Üçüncü məqalə V.Jirmunskinin «Oğuz qəhrəmanlıq» eposu
və «Qorqudun kitabı» adlanır. Jirmunski bəzi boyların V-VI əsrlərdə meydana gəldiyini
və əsas IX-X əsrlərdə meydana gəldiyini XV əsrdə isə yenidən işləndiyini qeyd edir.
O, mövcud türk dastanlarının müqayisəli təhlilini verir.
Vatikan nüsxəsini 1952-ci ildə Ettori Possi üzə çıxarıb
nəşr etmişdir. Onun fikrincə Vatikan nüsxəsi daha düzgündür və bunu çox savadlı
şəxs yazmışdır.
Alman şərqşünası İohan Hayn oğuzların hələ Orxon yazılarından məlum olması, islam dövləti ilə əlaqəyə
girmələri haqqında danışır.
«Dədə Qorqud» dastanı son zamanlar dünya şərqşünaslığının
diqqət mərkəzində olmuş və 70-ci illərdə ABŞ-Texas universitetində (1973); London
1974-cü ildə nəşr edilmişdir. 1973-cü il nəşrində türk alimi Faruk Sumər istifadə
etmişdir. Əhməd Uysal, Varren Valker (ingilis dili müəllimi) tərcümə edərək bu dastanı
IX-XI əslərdə meydana çıxdığını söyləmişlər.
Tədqiqatçılar:
1) Hadisələrin real tarixi olduğunu; 2) Qorqudun tarixi
şəxsiyyət olduğunu; 3) 3 nüsxənin xüsusilə, bəziləri Drezdeni əsas, bəziləri Vatikanı əsas hesab etmiş və Berlin nüsxəsinin
Drezdendən köçürmə olduğunu qeyd etmişlər. Oğuzların dövlət quruluşu (İç və Daş
oğuz) Ümumi rəhbər – başbilənləri – Bayandur xan ,Salur Qazan və s. Boyların bir
şəxs (ozan) tərəfindən yaradılmadığı qeyd edilir.
Dədə Qorqudu diplomat kimi qeyd etmişlər.
Türkiyədə 1916-cı ildən tədqiqatlar aparan Kilisli müəllim
Rüfətin «Kitabi-Dədə Qorqud ala lisan-i oğuzan» adı ilə nəşr etdirmişdir. (Ərəb
əlifbası ilə əsasən Berlin nüsxəsi əsasında) 1938-ci ildə Orxon Şaiq Gökyay Drezden
və Berlin nüsxələrini tutuşdurmuşdur. Məhərrəm Ergin üç nüsxədən də istifadə etmişdir.
Orxon Şaiq Gökyayı tənqid etmişdir.
M.Ergin Vatikan nüsxəsini Drezdendən köçürmə hesab edir.
M.Ergin dastanın Azərbaycan dilində yazıldığını və azərbaycanlılara
aid olduğunu qeyd etmişdir.
O.Şaiq XV əsrdə hələ Azərbaycan dilinin olmadığını qeyd
edirdi. Digər türk tədqiqatçılarından Adnan Binyazar Suat Nizarçı və Köprülüzadə
olmuşdur.
Fransız alimi R.Mirabile də tərcümə və nəşr etdirmişdir. O, oğuzlar haqqında
çox orijinal fikirlər irəli sürür. Onun həqiqətən Azərbaycanda yarandığını və azəri
türkcəsində yazıldığını söyləyir.
R.Mirabile dastanı sırf tarixi bir əsər hesab etməsə də,
onun hər bir boyunda oğuzların həyatı ilə bağlı müəyyən xronoloji ardıcıllıq olduğunu
yazır. O, dastanı Avropa mənşəli dastanlarla müqayisə edir, onların oxşar cəhətlərini göstərir.
Respublikamızda bu möcüzəli abidəyə XX əsrin 30-cu illərindən
diqqət yetirilməyə başlanılmışdır. Dastana ilk öncə diqqət verən A.Musaxanlı, İ.Hikmət,
Ə.Abid, 30-cu illərdən etibarən Həmid Araslı, Əzəl Dəmirçizadə, Əli Sultanlı, Məhəmməd
Həsən Təhmasib diqqət yetirmişlər.
Əsrin 70-ci illərinə qədər bu abidə respublikamızda ədəbiyyatşünaslıq
dilçilik və xalq yaradıcılıq nümunəsi kimi tədqiq edilmişdir.
Bu abidə Azərbaycan tarixinin qaynağı kimi diqqətdən kənarda qalmışdır.
70-ci illərdən filoloqlardan Mirəli Seyidov, Ş.Cəmşidov,
T.Hacıyev bu dastana tarixi mənbə kimi baxmış
və onu tədqiq etmişlər. Bundan sonra tarixçilərin diqqətini cəlb etmiş və xüsusilə
bu dastanla bağlı S.Əliyarov və Y.Mahmudovun xidmətləri olmuşdur. S.Əliyarov bunu
Azərbaycan ədəbiyyatının şah əsəri olan ana qaynaq kimi xarakterizə etmiş və bunu
ibtidai icma quruluşunun dağıldığı və hərbi demokratiya institutlarının yaşadığı
zamanlara gedib çıxdığını söyləmişdir. S.Əliyarov yunanların uzaq keçmişini Odisseyada,
avropalıların tarixinin Roland dastanlarında əks olunduğundan oğuz türklərinin uzaq
keçmişinin Kitabi-Dədə Qorqudsuz mümkün olmadığını deyir.
4 məsələ ətrafında bu günə kimi tədqiqatçılar arasında
fikir ayrılığı var: dastanın yazıya alınması tarixi; dastanın hansı xalqa məxsus
olması; abidənin türkdilli xalqların müştərək abidəsi olması; Qorqud atanın kimliyi
məsələləri haqqında.
Sovet tarixçilərindən A.Yaqubovski, Jirmunskinin dastan
haqqında məlumatları belədir: Jirmunski IX-X
əsrlərdə
meydana çıxdığını – XV əsrdə yenidən ədəbi cəhətdən hazırlandığını qeyd edir.
Ə.Dəmirçizadə VIII-IX
əsrlərdə
yarandığını IX-XII əsrlər yazıya alındığını qeyd edir. H.Araslı XI-XII
əsrlərə
aid olduğunu, XV-XVI üzünün köçürüldüyünü, Təhmasib XII
əsrə
qədərki Azərbaycanın ictimai vəziyyətini əks etdirdiyini, Y.Mahmudov, S.Əliyarlı
isə onu VII-IX əsrlərə deyil, daha əvvəllərə aid edir.
Samət Əlizadə, Fərhad Zeynalovun deyimlərinə əsasən – əlyazmada
oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da oğuz cəmiyyətində hələ islam qayda
qanunları yox idi:
1) oğuzlar hələ ruhani xidmətini bilmirdilər (azan verməklə bağlı «uzun saqqallı bir tat ərən banladı».
2) onlara igidlik göstərdikdən sonra ad verirdilərsə,
15 yaşında müsəlmanlarda isə doğulan kimi ad verilirdi.
3) Tanrı kəlməsi 73 dəfə, Allah 54 dəfə işlənmişdir.
4) oğuz qadınları yaşmaq nə olduğunu bilmirdilər, İslamda
isə əksinə,
5) oğuzlar bir qadınla ailə qurub, ona sadiq qalırdılarsa,
İslamda isə çoxarvadlılıq mövcud idi.
6) oğuzlar ağ üzümdən çəkilmiş şərab içirdilər, İslamda
bu qadağan idi.
Beləliklə, Y.Mahmudov və S.Əliyarovun deyimləri ilə razılaşmaq
olar. Bu həqiqətən də Azərbaycan xalqının ilk orta əsrlər dövrünün ana qaynağı hesab
edilə bilər.
Bu dastan VI-VII
yüzillikdə yazıya alınmış və sonralar VIII-IX
əsrlərə də fars (pəhləvi)
və ərəb dillərinə «Oğuznamə» adı ilə çevrilmişdir. Halbuki Manas, Alpamış, Koroğlu,
Sasunu David kimi dastanlar XIX-XX yüzilliklərdə yazıya alınmışdır.
Qorqudun
tarixi şəxsiyyət olduğu haqda maraqlı fikirləri var.
Rəşidəddin
Dədə Qorqudu Məhəmməd Peyğəmbərin dövründə yaşayan müdrik bir şəxs kimi yad edır. Onun 295 il ömür sürməsini qeyd edir. Alman alimi
Adam Oleari Dərbənddə olarkən yaşlı bir dərbəndlidən eşitdiyi rəvayətdə onun Məhəmməd
Peyğəmbərlə dost olduğunu qeyd edir.
Qorqud
atanın 24 oğuz qəbilələri sayında ən güclü və ən çox mütəşəkkil tayfalardan biri
olan Bayat elinə mənsub olduğu da qeyd edilir.
Kitabi
Dədə Qorqud dastanının çoxsaylı nəşrləri olmuşdur.
1916 – Gilisli müəllim Rüfət; 1938 – Orxan Şaiq Gökyay;
1938 – Bakıda; 1950 – Həmid Araslı Məhəmmədhüseyn Təhmasib;
Bakıda; 1950 – M.Ergin; Türkiyədə; 1962 – yenidən H.Araslı; Bakıda
1973 – Orxan Şaiq Gökyay; Türkiyədə; 1973 – ABŞ-da;
1974 – Londonda; 1974 – Cofrey Lyuns; ABŞ-da; 1977 – Şamil Cəmşidov. 1980-ci ildə
uşaqlar üçün sadə dildə nəşr olunmuş 1988-ci ildə yenidən nəşri həyata keçirmiş
və 1998-ci ildə H.Əliyevin Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyinin
keçirilməsi haqqında fərmandan sonra 2000-ci ilin aprelində qeyd edilərək BDU-nun
dastanla bağlı məqalələr toplusu nəşr edilmişdir.
Hazırda ən mükəmməl nəşrlər O.Gökyay, H.Araslı və M.Erginin
nəşrləri hesab edilir.
Mətnin əsli:
4.
Dirsə xan oğlu Buğac xan boyın bəyan edər, xanım hey.
2.
Samur Qazanın evi yağmalandığı boyın bəyan edər.
3.
Qambörənin oğlu Bamsı Beyrək boyın bəyan edən, xanım hey.
4.
Qazan bəy oğlu Uruz bəyin, tutsaq olduğu boyın bəyan edər, xanım hey.
5.
Duxa Qoca oğlu Dəli Domrul boyın bəyan edər xanım hey
6.
Qanlı Qoca oğlu Qanturalı boyını bəyan edər xanım hey-hey
7.
Qazılıq Qoca oğlu Yegnək boyın bəyan edər, xanım hey
8.
Basat Dəpəgözü öldürdüyü boyu bəyan edər, xanım hey
9.
Bəkil oğlu Əmranın boyını bəyan edər
10.
Usun qoca oğlı Səkrək boyın bəyan edər
11.
Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyu bəyan edər
12.
İç Oğuza Qaş Oğuz asi olub, Beyrək öldürdüyü boyı bəyan edər.
Belləliklə
,qədim türkdilli xalqların dini-mifoloji,sosial-iqtisadi və mədəni həyatının öyrənilməsində
və eləcə də erkən orta əsrlər tarixinin bərpası baxımından bu mənbələr əvəzolunmazdır.








0 Rəy:
Yorum Gönder