2.05.2022

Mexaniki hərəkət və əsasları

 

Mexaniki hərəkət – zaman keçdikcə cismin fəzada baş­qa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir.

Mexanikanın əsas məsələsi–is­tə­ni­lən an­­­­­da cis­min fə­za­da və­ziy­­yə­tinin təyin edil­­­mə­­sidir. Bu məq­səd üçün me­xa­ni­ka­da sa­də­ləş­di­ril­miş – ideal­­laş­­­­­­­­dı­rıl­mış mo­del olan maddi nöq­təanlayı­şın­dan istifadə olunur:

Maddi nöqtə- verilmiş şəraitdə ölçüləri nəzərə alın­ma­yan  cismə deyilir.

Cismin hərəkəti hər hansı nisbi sükunətdə olan digər cismə nəzərən öyrənilərsə, həmin cisim hesablama cismi adlanır.

Hesablama sistemihesablama cismi, onunla bağlı ko­or­dinat sistemi və vaxtı ölçən cihaz birlikdə hesablama sistemi adlanır.

Maddi nöqtə düzxətli hə­­­­rə­kət edirsə, onun və­ziy­yəti bir koordinat,  müstə­vi­də hərəkət edirsə, iki koor­di­nat,  fə­za­da hə­rəkət edirsə, üç ko­ordinat  ilə təyin edilir.

Maddi nöqtənin fəza­da vəziyyəti radius vek­tor­la da tə­yin edilə bilir.

Radius vektor– ko­or­­di­nat başlanğıcını maddi nöqtə ilə birləşdirən vek­tor­dur və  ilə işarə olu­nur.

   Trayektoriya mad­­di nöq­­­tə­nin verilən he­sab­la­ma sis­te­mi­nə nəzərən hərə­kəti za­ma­nı arasıkəsilmədən cız­dığı xətdir.

Trayektoriyanın for­ma­­­sına gö­rə hərəkətlər düz­­xətli və əy­ri­xətli olur.

Yolmaddi nöqtənin hə­rə­kət trayektoriyasının uzun­lu­ğudur.

Yol müsbət skalyar kəmiyyət olub, BS – də vahidi metr­dir. 

Yerdəyişmə- maddi nöqtənin başlanğıc vəziyyətini son vəziyyəti ilə birləşdirən vektordur.

Bütün nöqtələri eyni cür hərəkət edən cismin hərəkəti irəliləmə

hərəkəti adlanır.

 

Sürət– maddi nöqtənin yerdəyişməsinin, həmin yer­də­yiş­məyə sərf olunan zaman müddətinə nisbəti ilə ölçülən fiziki kə­miyyətdir:


Burada - yerdəyişmə, - bu yerdəyişməyə sərf olunan za­man fasiləsi, - sürətdir. Sürət hərəkətin fəza – zaman xa­rak­te­ristikası olub, yerdəyişmənin dəyişmə yeyinliyini xa­rak­te­ri­zə edir.

Sürət vektorial kəmiyyətdir, onun istiqaməti yerdəyişmə vek­torunun istiqaməti ilə üst – üstə düşür.

BS – də sürət vahidi olaraq elə hərəkətin sürəti qəbul edilir ki, bu hərəkətdə maddi nöqtə 1 san ərzində 1m yerdəyişmə icra etsin. Bu vahid saniyədə metrdir:


Mad­di nöqtənin sürətinin qiymət və istiqaməti dəyişməzsə belə hərəkət düzxətli bərabərsürətli hərəkət adlanır:


Orta sürət– trayektoriyanın verilmiş hissəsində icra edi­­lən yerdəyişmənin zamana olan nisbətinə bərabər olan fi­zi­ki kə­miy­yətdir:


 Ani sürət- hərəkət edən nöqtənin radius vektorunun zamana görə birinci tətrib törəməsinə bərabərdir. Zaman azaldıqda ΔS məsafəsi  vektorunun moduluna yaxınlaşır. Onda ani sürətin ədədi qiyməti olar. Bərabərsürətli hərəkətdə ani sürətin  ədədi qiyməti sabit qalır.

 

       Hərəkət dəyişən sürətli olarsa, bu halda sürətin zamana görə dəyişməsi əsas rol oynayır. Sürətin zamana görə dəyişməsini təyin edən kəmiyyət  təcil adlanır.

     Maddi nöqtə müəyyən trayektoriya boyunca hərəkət edir və zamanı ərzində sürətin dəyişməsi  olur. Bu zaman hərəkətin orta təcili olar. Sonsuz kiçik DELTA t zaman müddətində orta təcil vektorunun

yaxınlaşdığı limit qiymətinə  ani təcil deyilir.

 Hərəkətin təcilinin ani qiyməti isə

                                                             

Deməli təcil sürətin zaman görə birinci tərtib törəməsidir.

Sürətin modulunun dəyişmə yeyinliyini təyin edən təcil tangensial təcil adlanır və trayektoriyaya toxunan istiqamətdə yönəlir. Bu təcilin modulu  at= dv/dt

 

Sürətin istiqamətinin dəyişmə yeyinliyini təyin edən təcil normal təcil adlanır və trayektoriyanın əyrilik radiusu istiqamətində yönəlir.   an = v2 / r

Cismin tam təcili tangensial və normal təcillərin həndəsi cəminə bərabərdir.




 

0 Rəy:

Yorum Gönder