6.20.2021

ZƏRDÜŞTLÜK HAQQINDA TƏBRİZ İSMAYILOVDAN GÖZƏL BİR MƏQALƏ










Zərdüşlük təxmini 3500 il öncə Zərdüşt tərəfindən yaradılıb. Tək tanrılı bir dindir. Miladdan öncə 600 və 650 ci illər arasında Pers İmperatorunun rəsmi dini olmuşdur. Zərdüşlük inancında Tanrıya özünə məxsus ad olaraq "Ahura Mazda" deyilir, mənası isə ağılın ustası deməkdir. Əhriməndir isə şər gücləri təmsil edir. Və xeyir şər mübarizəsi bu nöqtədə başlayır. Bu inancın Tanrısı Ahura Mazda, peyğəmbəri isə Zərdüştdür. Dini kitabları Avestadır. Təbii elementləri müqəddəs sayırlar. Bununla əlaqəli olaraq atəşə aydınlığa vəya günəşə baxılaraq ibadət edirlər.

Zərdüştlük, İslamiyətin İrana qədər yayılmasına qədər genişlənməyə davam etmişdir. Zərdüştlər Miladdan Sonra 600 cı illər civarında müsəlmanların Pers torpaqlarını ələ keçirməsindən sonra İslamiyətə keçmiş və geriyə az sayda zərdüşt qalmışdır. 
İnanc sistemi isə, Zərdüşlükdə dünyanın "altı mərhələdən" yaradıldığına inanır. Birinci dönəmdə xeyir və şər ortaya çıxır. İkinci dönəmdə dünya qaranlığa qərd olur. Üçüncü dönəmdə xeyir və şər mübarizəsindən xeyir qazanır. Dördüncü dönəmdə isə hər cürə şər və qaranlıq yox olacaq, dünyaya barış və qardaşlıq hakim olacaqdır.
Zərdüşt burada dünyanı mərhələlərə ayırarkən, ilk dönəm insanın yaradılış dönəmini mövzu edir. İkinci dönəmdə, tufanla insanoğlunun qarşılaşdığı fəlakət vurğulanır. Dördüncü mərhələdə isə insanoğlunun  gələcəyə dair apardığı ümüdü, azadlıq xəyallarına məna qataraq gələcəyi təsəvvür edir.
İşıq və aydınlıqların Ahura Mazdanın fiziki olaraq təmsil etdiyinə inanılır. Bununla əlaqəli olaraq atəş, xeyir və şəri bir-birindən ayıran Tanrısal  bir gücə sahibdir. Bu, inanca görə atəş bütün canlı və cansızlardan fərqli formalarda var olur. Ən müqəddəs olan atəş isə, Tanrı Ahura Mazda ilə insan arasındakı atəşdir.
Zərdüştün  yaşam formalarına və prinsiplərinə gəlincə isə; 
Zərdüştlük İnancına görə Tanrı, qadın və kişini bir arada bir-birinə dost olaraq yaratmışdır. Bu inancda qadın və kişi bərabər olaraq qəbul edilir. Əxlaqi əmirlər; yaxşı düşüncə, yaxşı söz,  yaxşı iş deyə ümumiləşdirilir. Kasıblara səxavətli davranma, yadlara qonaqpərvərlik, torpaqla və heyvandarlıqla məşğul olma, bol məhsuldarlıq əldə etmə tövsiyə edilir. Təmiz heyvanlardan sayılan pişik, it öldürülməsi günahdır. Döllənmə və çütləşmənin qarşısının alınması qəti olaraq qadağan edilmişdir. Bu inanc da şərabın ibadətlə  əlaqəli olaraq dini düşüncələrin inkişaf etdirilib  dərinləşdirilməsi və ruh gözünün açılması məqsədi ilə içilməkdə olduğu vurğulanır.
Zərdüşlükdə təməl ibadətlərdə atəşə ibadət etmirlər, ancaq atəşi ucaldırlar, onu qiblə qəbul edərək önündə dua edirlər. Ancaq əsl qiblələri günəşdir. Atəşə üfürmək öldürülmək gərəkdirəcək qədər böyük bir günahdır. Dini mərasimlərə ya da ayinlərə elədə ciddiyə almadan "yaxşı sözlər, yaxşı düşüncələr və yaxşı hərəkətlər prinsiplərinə fokkuslanırlar. Aydınlığı təmsil edən ağ xalatlar geyərlər. Zərdüşlərin dini mərasimlərdə atəşin önündə ayinlər etmələrinin səbəbi, atəşin qaranlığın qarşısını almasıdır. Çünki, Zərdüşt inancına görə, pislik  qaranlıqda meydana gəlmişdir.
Digər din və inanclara təsirlərinə baxanda isə, Yəhudilərin babil sürgünün də Zərdüşt inanclarından təsirləndikləri və bəzi inancların Yəhudi, Xristian və İslam dininə Zərdüştlükdən keçdiyi güman edilir. Zərdüştün anası onbeş yaşında bir bakirə ikən bir işıq şüasının təsirinə məruz qalaraq hamilə qalmışdır. Ayrıca ilk dəfə müridləri su üzərində yeriyən, miraca çıxan, Tanrı ilə üz-üzə görüşən, ölmədən cənnət və cəhənnəmi görən Zərdüştün özüdür. 
İbrahimi dinlərdəki 6 gündə yaradılış və mehdi, məsih inanclarının ilk izlərinə Zərdüşlükdə qarşılaşa bilərsiz. İslam dinində Sirat körpüsünün eynisi də Cinvat körpüsü olaraq Zərdüşt dinində keçir.
Dünya dinlərinin baxası olsaq şeytan qavramı görəbilmərsiziniz. İsrailoğulları babilə gəlmələrinə qədər şeytan qavramı olmadan yaşadı. Musəvilər Zərdüştlüklə tanış oldu və fikirlərindən təsirlənərək geri qayıdaraq musəvi ədəbiyyatında şeytan görünməyə başlamağa başladı. 
Modern Zərdüşlükdə isə şeytan və iblis yoxdur. Xeyir və şər vardır və bunlar insanın öz içindədir. Bizim xaricimizdə bizi təsirləndirən bir şey yoxdur. Yəni tanrı hərbirimizin içində yer alır. Dünyadakı bütün problemlər insan əsəridir. Bu səbəblə də insan tərəfindən həll olunmalıdır. Bunu təbiət üstü gücə bağlamaq Zərdüşt anlayışında yer almır. Dünyanı pisliklərdən təmizləmək məsihlərin, kralların və peyğəmbərlərin işi deyildir. Hərbirimizə düşən bir öhdəlikdir.

@FİKİR ADAMI, KÖŞƏ YAZARI

Təbriz İsmayılov (051-571-71-61)

0 Rəy:

Yorum Gönder