1.30.2021

Aktrisa Nəsibə Eldarovanın incəsənət yolu


Nəsibə Eldarova
Doğum tarixi: 15.01.1959

Nəsibə Novruz qızı Eldarova Bakının Bülbülə qəsəbəsində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1975-1982). “Azərbaycanfilm” kinostudiyasının nəzdində kino-aktyor teatrında aktrisa vəzifəsində çalışıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. P.Merimenin “Karmen” tamaşasında Karmen roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2001). Əməkdar artistdir (2014).
Aktrisa Nəsibə Eldarova aktyor, rejissor Hüseynağa Atakişiyevin və rejissor, aktyor Ömür Nağıyevin həyat yoldaşı olub.
Filmoqrafiya:
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktrisa
Hədəf (1987, tammetrajlı film-tamaşa) – aktrisa (Meri)
Halallıq (1991, tammetrajlı film-tamaşa) – aktrisa (Varvara)
Qara Volqa (1994, tammetrajlı bədii film) – aktrisa (Klara)
Yuxu (2001, tammetrajlı bədii film) – aktrisa
Bomba (2005, tammetrajlı bədii film) – aktrisa (Minəxanım)
Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktrisa (Ceyranın anası)
Ci-Mi (2008, tammetrajlı bədii film) – aktrisa (ana)
Səhərə inan... (2010, tammetrajlı bədii film) – aktrisa (Solmazın anası)
Gəl təzədən evlənək (2011, tammetrajlı bədii film) – filmi səsləndirən
Döngələr (2012, bədii serial) – aktrisa
Həkimlər (2012-2013, bədii serial) – aktrisa (Əsmər xanım)
Son hədd (2012-2013, bədii serial) – aktrisa
Bir ovuc torpaq (II) (2013, bədii serial) – aktrisa (Pərnisə)
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – aktrisa (masajor)
Oğurlanmış arzular (2013-2014, bədii serial) – aktrisa
Durnalar qayıdanda (2014, bədii serial) – aktrisa (Rəfiqə)
Bakı, mən səni sevirəm (2015, tammetrajlı bədii film, kinoalmanax) – filmi səsləndirən
Pərdə (2016, tammetrajlı bədii film) – aktrisa
Məryəm (II) (2016-2017, bədii serial) – aktrisa
İkinci güllə (2017, qısametrajlı bədii film) – aktrisa
Fəlakət (2018, tammetrajlı bədii film) – aktrisa

@FB: Azərbaycan kinosu və teatrı

0 Rəy:

Yorum Gönder