1.30.2021

Vaqif Səmədoğlunun incəsənət yolu

 
Vaqif Səmədoğlu
Doğum tarixi: 05.06.1939
Vəfat tarixi: 28.01.2015

Vaqif Səməd Vurğun oğlu Vəkilov (Vaqif Səmədoğlu) Bakıda, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində (1956), Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində (1956-1961) təhsil alıb. Moskva Dövlət Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (1963-1971). Müəllimlik fəaliyyəti ilə yanaşı Azərbaycan Ensiklopediyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Yazıçı" nəşriyyatında redaktor (1978-1982), “Azərbaycanfilm” kinostudiyasında ssenarist, kino-aktyor teatrının ədəbi hissə müdiri (1982-1985), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) olub. İlk mətbu əsəri “Yeddi şeir” 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. İlk şeirlər kitabı "Yoldan teleqram" 1968-ci ildə işıq üzünə çıxıb. Vaqif Səmədoğlu Azərbaycanda ən tanınmış caz mütəxəssislərindən biri sayılırdı. Televiziyada "Caz həvəskarları klubu"nu aparıb. Bir çox mahnı mətnlərinin müəllifidir. Qələmindən şeirlərlə yanaşı 20-dək pyes çıxıb. Bu pyeslərdən bəziləri müxtəlif teatrlarda tamaşaya qoyulub. 2000-ci ildə Milli Məclisə deputat seçilib. Əməkdar incəsənət xadimi (1989), Xalq şairi (1999), “Humay” (1998) və “Nəsimi” mükafatları (2014), “Şərəf” və “İstiqlal” ordenləri laureatı Vaqif Səmədoğlu 2015-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.

Filmoqrafiya:
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
Xəzinə (1970, qısametrajlı bədii film) – ssenari müəllifi
O qızı tapın (1970, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
Ağır şkaf (1971, qısametrajlı bədii film) - ssenari müəllifi
Gün keçdi (1971, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
1001-ci qastrol (1974, tammetrajlı bədii film) - ssenari müəllifi, mahnı mətni müəllifi
Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – ssenari müəllifi
Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi
Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
Bircəciyim (1986, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
Sehrli çıraq (1987, animasiya filmi) – mahnı mətni müəllifi
Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub, aktyor (satıcı)
Karvan (1995, animasiya filmi) – ssenari müəllifi
Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, aktyor (fotoqraf)
Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
Yumurta (2003, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi
Deyilənlər gəldi başa... (2011, qısametrajlı sənədli televiziya filmi) – əsərlərindən istifadə olunub

@FB: Azərbaycan kinosu və teatrı

0 Rəy:

Yorum Gönder