3.07.2021

Ülviyyə İbrahimova - Şeirləri

 













ƏSGƏRİM

Bu şanlı diyarın,qəhrəman elin
Çal savaş günündə zəfər,əsgərim!
Yolunu gözlərkən analar sənin,
Soyuq səngərlərdə sipər,əsgərim!

Gecəsi-gündüzü səngərdə keçən,
Düşmənin əyninə ölümü biçən,
Ömür yollarını şərəflə keçən,
Yurdunun dizinə təpər,əsgərim!

Mənfur düşmənləri qovduqca geri,
Sənə həsr edirəm hər sözü,şeiri.
Şəhid qanlarının axdığı yeri
Vətən övladları öpər,əsgərim!

***

Varlığın bir qüdrət ki
Alov saçır,əsgərim!
Qədəmin dəyən yerlər
Çiçək açır,əsgərim!

Qoy bələnsin qanına,
Kimsə yetməz hayına.
Od düşübdür canına,
Düşmən qaçır,əsgərim!

Sevincindən ürəklər,
Sənin üçün çiçəklər,
"Səni var ol!"diləklər
Göyə uçur, əsgərim!

Sən Qarabağ elində,
Bayrağımız əlində!
Adın dastan dilimdə,
Qəlbə köçür,əsgərim!

***
BİLSƏM

Bütün bəlaları yığıb ovcuma
Yerin dərinində
Basdıra bilsəm,

Ya da göz önündə, böyük meydanda
Cəlladın əliylə
Asdıra bilsəm,
Rahat ölərdim.

Olmasın ölümlər,qanlı savaşlar,
Dağılmış yuvalar,kəsilmiş başlar.
Oxunsun nəğmələr,qoy ötsün
quşlar.

Ana naləsini, silah səsini
Kəsdirə bilsəm,
Rahat ölərdim.

Qara buludları qovlaya bilsəm,
Günəşi əlimlə saxlaya bilsəm,
Bürünər bağçalar, çəmənlər gülə,
Açılar çiçəklər, nəinki güllə...

Dünyanın üstündən  tufanlar deyil,
Xoşbəxtlik küləyi 
Əsdirə bilsəm,
Rahat ölərdim...
Elə ölərdim...

***

"Olmur..."

Dağıtdın, uçurtdun öz əllərinlə
Qəlbimdə qurduğun sevgi qalamı.
Bir zaman mənimçün darıxan adam,
İndi almırsan da daha salamı.

Gəldin ,təzələdin ömür yolumu,
Enişlər,yoxuşlar geridə qaldı.
Getdin,sevinclərim qeybə çəkildi,
Gör məni neçə il geriyə saldı!..

"Unut sən,unudum,unudaq gərək..."-
Bəzəkli cümlələr həqiqət olmur.
Sonunda unudan birinin inan,
Qəlbində əzəldən məhəbbət olmur.

Müəllif: Ülviyyə İBRAHİMOVA.

0 Rəy:

Yorum Gönder