1.14.2021

Mirzə Babayevin incəsənət yolu

 

13 yanvar aktyor, müğənni Mirzə Babayevin xatirə günüdür. Mirzə Babayev Doğum tarixi: 16.07.1912 Vəfat tarixi: 13.01.2003

Mirzə Əbdülcabbar oğlu Babayev Bakıda anadan olub. M.Əzizbəyov adına Bakı Sənaye İnstitutunun memarlıq fakültəsini, kоnservatоriyanın vоkal şöbəsini – Bülbülün sinfini bitirib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan Dövlət Caz Оrkestrinin ilk sоlistlərindən оlub. Azərbaycan bəstəkarlarının 500-dən çох mahnısı оnun ifasında populyarlaşıb. Mirzə Babayev xarici film istehsalçılarının çəkdiyi “Son qayduk” (1972, knyaz rolunda, rejissor Valeriu Qajiu, Moldovafilm / Moldova), “Sehrli səs Celsomino” (1977, həbsxananın rəisi rolunda, rejissor Tamara Lisiçian, Odessa kinostudiyası / Ukrayna) filmlərində çəkilib. 2 dəfə “Humay” mükafatı laureatı, “Şöhrət” ordenli (2002), əməkdar artist (1956), хalq artisti (1992) Mirzə Babayev 2003-cü ildə vəfat edib. Filmoqrafiya: Bir ailə (1943, tammetrajlı bədii film) – aktyor Sualtı qayıq T-9 (1943, tammetrajlı bədii film) – aktyor O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – musiqi ifaçısı Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – musiqi ifaçısı Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktyor (Cəlil), musiqi ifaçısı Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – musiqi ifaçısı Aygün (1960, tammetrajlı bədii film) – musiqi ifaçısı Telefonçu qız (1962, tammetrajlı bədii film) – aktyor (Qulam), musiqi ifaçısı Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – musiqi ifaçısı Ulduz (1964, tammetrajlı bədii film) – musiqi ifaçısı İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (zabit), musiqi Qaraca qız – Qaraca qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (Səlim bəy) Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – aktyor (1-ci avtomobil müfəttişi) Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (kəndli kişi) Toyda görüş (1970, qısametrajlı sənədli televiziya filmi) – musiqi ifaçısı Gün keçdi (1971, tammetrajlı bədii film) – musiqi ifaçısı Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor Payız melodiyaları (1974, qısametrajlı sənədli televiziya filmi) – musiqi ifaçısı Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – musiqi ifaçısı Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – aktyor (Dərviş Məstəli şah) Günlərin bir günü – Günlərin bir günü (1976, tammetrajlı bədii film - kinoalmanax) - aktyor De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – aktyor (müğənni) Şir evdən getdi (1977, tammetrajlı bədii film) – musiqi ifaçısı Qayınana (II) (1978, tammetrajlı bədii film) – musiqi ifaçısı İstintaq (1979, tammetrajlı bədii film) – aktyor (qonaq) Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – aktyor (Fərzəli bəy), musiqi ifaçısı Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – musiqi ifaçısı, aktyor (şeir deyən) Əzablı yollar (1982, tammetrajlı bədii film) – musiqi ifaçısı (vokal) Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (Cabbar) Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Amanoğlu) Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – musiqi ifaçısı İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (müsavatçı) Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (qazı) Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – aktyor (general) O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor (Hacı Kərim) Bir cənub kəndində (1997, tammetrajlı film-tamaşa) – aktyor Qabil (2001, qısametrajlı sənədli televiziya filmi) – musiqi ifaçısı Milli bomba (2003, tammetrajlı bədii film) – aktyor

FB@Azərbaycan kinosu və Teatrı

0 Rəy:

Yorum Gönder