“Vətən Mücahidləri “kitabını yazmaq bizə çox şeyi öyrətdi. Vətən uğrunda göz qırpmadan canından keçən oğulları tanımaq o oğulların fədakar ömür yollarını öyrənmək, onu yazıb insanlara çatdırmaq tarix yazanları tarixə yazmaq vətənini sevən bir vətəndaş kimi boynumuzun borcu oldu.
Harda rastıma şəhid şəkli çıxırsa, tanımıramsa ar edirəm,necə mən bu şəhidimin kim olduğunu bilməyim deyə.
Gənc şair Nəsimi Laçının səhifəsində bir əsgər şəkilinə rast gəldim altından “Məkanın cənnət olsun şəhidim” yazılmışdı.Hansı şəhidimizin olduğunu soruşdum, şəhidimiz haqqında gənc şairimiz o qədər ürək yanğısıyla danışdı ki,onun haqqında həm özüm araşdırıb ətraflı öyrənmək istədim, həm də sizlərə tanıtmaq istədim.Düşmən fitnəsindən yorulan,dost kimi görünənlərin namərdliyindən usanan Vətənim üçün canından keçən hər bir şəhidimizi tanıyıb,tanıtdırmaq hər birimizin vətəndaşlıq borcudur.Çünki şəhidlər vurulanda deyil,unudulanda ölərlər deyiblər. Biz bu ölümsüzlərimizin ruhunu şad etmək üçün tez-tez xatırlamalıyıq.
Dəmirov Saleh Fizuli oğlu 17.07.1999-cu ildə Ağsu rayonunda anadan olub .Elə Ağsu rayonunda 2005-ci ilin sentyabrın 1-i 4 nömrəli məktəbdə 1-ci sinifə başlayır. 7ci sinifə qədər həmin məktəbdə təhsil alır. Sonra oradan 2012-ci ildə yollanıb Şəki şəhərinə,orada Şəki İslam Mədrəsəsinə daxil olur.Onunla yanaşı həmçinin Şəkidə 10 nömrəli məktəbdə orta təhsilini davam etdirir.2 il müddətində Şəkidə yaxşı oxuduğuna görə quran hafizliyinə daxil olur. 2014-ci ildə oradan Zaqatala şəhərindəki dini ünivirsitetdə bir il təhsilini davam etdirir. 2015-ci ildə bəzi səbəblərdən Ağsu rayonuna qayıdır.11ci sinifini Ağsu rayonunda bitirir.Məktəbi bitirəndən sonra Ali məktəbə sənədlərini verir, bal əksikliyi olduğu üçün Şamaxı şəhərində mühasibatçılıq kollecinı daxil olur.Orada bir il təhsilini davam etdirir. 2017-ci ildə vətənə hərbi xidmətə çağrılır.2017ci ilin iyulun 26 -sında özünün istəyiylə vətənə xidmətə yollanır.Goran qəsəbəsi N saylı hərbi hissədə xidmətə başlayır.5 ay xidmət edəndən sonra ,ona çavuşluq rütbəsi verilir.2018-ci ildə hərbi xidmətini Goran qəsəbəsində davam etdirir.O artereliyada yaxşı xidmət etdiyi üçün batereya komandiri muavini təyin olunur.4 cü top komandirliyi vəzifəsini daşıyır.2018-ci ilin oktyabr ayında hərbi xidmətinin bitməsinə 3ay qalmış onların diviziyası Beyləqan rayonu Xaçınlı kəndinə eyzam olunur.Noyabrın 21 poliqona yollanırlar hərbi təlimlərdə yaxşı şücaətinə görə komandanlıq tərəfindən fəxri fərmana layiq görülür və dekabrın 31 fəxri fəxri fərman şəhidimizə təqdim olunur.Yanvarı 1-i ailəsiylə danışır yaxşı əhval ruhiyədə hər şeyin yaxşı olduğunu,yanvarın 3 hərbi xidməti başa vurub ailəsinin yanına dönəcəyini bildirir.Elə bu danışığın üstündən 18 saat keçmiş komandir zəng edib atasıyla danışır və Salehin ürək tutmasından qospitala yerləşdirildiyini bildirir.Bu danışığın üstündən 3saat keçmiş atası xəbər tutur ki,elə yatdığı qospitalda onu xilas edə bilməyiblər,ürək tutmasından dünyasını dəyişib.2019-cu il yanvarın 3 bayrağa bükülmüş tabutu yüksək rütbəli hərbiçilər tərəfindən evinə gətirilir.Vida mərasimi keçirilir Ağsu rayon Şəhidlər Xiyabanında dəfn olunur.
Həmçinin şəhidimizlə yaxın dost olan gənc şair Nəsimi Laçının xatirələrini də sizinlə paylaşmaq istəyirəm.Çünki orda şair şəhidimizin mükəmməl xarakterindən,xasiyyətindən dostluqda necə etibarlı olduğundan bəhs edir.
“Məndə bir tələbə yoldaşı bir yaxın dostu kimi deyə bilərəm ki, Saleh tələbə olduğumuz müddətdə istər qrup yoldaşları, istər müəllim kollektivi, istərsə də kollec tələbələri arasında qısa müddətdə çox hörmət qazanmışdı.Salehin səbirli ,təmkinli, mərifətli ,qorxmaz olması hamıyla ünsüyyət qurması ,mehribançılığı onun saf təmiz insan olduğunu göstərirdi. O adi qarışqanı da ayaqlamazdı həmişə deyərdi biz ki, bunu yaratmağa qadir deyilik ona görədə haqqımız yoxdu adi qarışqanı belə öldürməyə.Mən Salehdən böyük idim o ,həmişə,mənə hərbi xidmətdən danış deyərdi.Saleh deyirdi şəhidlik elə bir zirvədir ki, o hər adama qismət olmur. O özünə şəhidlik arzu edirdi həmişə, öz arzusuna çatdı mənim şəhid qardaşım...
Məkanın cənnət olsun şəhidim. Bəli, sən ən ali zirvə olan şəhadət zirvəsinə yüksəldin, şəhid adını qazandın. Vətənə olan sevginlə,xidmətinlə şəhadət arzunla qəlblərdən heç vaxt silinməyəcəksən.
Hazırladı; Aysel NƏSİRZADƏ






0 Rəy:
Yorum Gönder