8.15.2020

Bu yurd sizə əmanətdir, igidlər! - Tural ZƏKA



















Yağı düşmən, qaytar mənim tarix dolu yaddaşımı,
Tapdaq altdan azad olsun mənim ərənlər oylağım.
Köçkün etdin Vətənimdə  neçə məsum yurddaşımı,
Qan aglayir işgal olmuş cənnət ,guşə Qarabağım!


Azərbaycan hey üzüldü, nalə çəkdi tarix boyu,
Pyotorlar,Qarbaçovlar çox etdilər götür-qoyu,
Neyləsən də xain düsmən,yaşayacaq Türkün soyu,
Əsirlərdi yagmalanır, odlar yurdum,can torpağım!


Talan edib illər boyu ,bizim eli düsmən yaği,
Ayağa dur Azərbaycan,azad edək bu torpağı,
Al əlinə Vətən oğlu, get , Şusaya sanc bayraği,
Dalgalansın Qarabağda ay-ulduzlu  al bayrağım!


***

Haydı, mənim Vətənimin ər oğlu,
İgid oglu,məğrur cəngavər oğlu,
Bu millətin ərən oğlu,ər oğlu,
Bu yurd sizə əmanətdir igidlər!

Ümid yeri sizsiz hər vətəndaşın,
Sona catdir anaların göz yaşın,
Al öcünü, şəhid olan qardaşin,
Bu yurd sizə əmanətdir igidlər!

Siz güvəni, gümanısız bu xalqın,
And yerisuz,gümanısiz bu xalqin,
Zəfər dolu imanisız bu xalqın,
Bu yurd sizə əmanətdir igidlər!

Qaytar geri, tapdan altdan torpaği,
Sanc Şuşaya,al  üç_rəngli bayrağı,
Qoy kəsilsin burdan düşmən ayaği,
Bu yurd sizə əmanətdir igidlər!


Müəllif; Tural Zəka.


0 Rəy:

Yorum Gönder