Yeni astronomiya alimləri deyirlər: “Allah-təala yerdəki üzvi maddələri birdən-birə kamil yaratmamışdır, əksinə onları toxumalar və kiçik hissəciklərdən yaratmış və sabit qanun-qaydalarla, uzun müddətə inkişaf etməyə yönəltmişdir.”
Qeyri-üzvi maddələrin yaranışı da həmin qanuna tabedir. Məsələn, indi bitkilərin qida aldığı torpaqlar əvvəllər belə olmamışdır. Onlar uzun əsrlər ərzində su və ildırımın təsiri ilə qayaların kiçilməsi və sürtülüb yeyilməsi nəticəsində bu şəklə düşmüşdür.
Bu nəzəriyyənin müəllifləri deyirlər: “Bu aləmin ilk maddəsi və mayası tüstü şəklində yanan və fəzada yayılan qazdan ibarət
olmuşdur.” Bu qaz zaman keçdikcə sıxılmış, bərkimiş və sabit bir şəklə
düşmüşdür. Onu astronomiyada “Sədim”
(Nebule, Nebula) termini ilə
adlandırırlar.
“Sədim”
sözü dildə “duru ay” mənasında işlənir,
astronomiyada isə ulduzlar arasında
mövcud olan “buluda bənzər maddə” terminini
bildirir. Rəsədxanalarda indiyətək iki yüz
milyona yaxın “Sədim” maddələri və
hissəciklər kəşf olunmuşdur ki, onlardan hər biriin həcmi 2000.000.000-dən
3000.000.000 dəfəyədək günəşin həcmindən böyükdür. Onların əksəriyyəti yalnız böyük teleskopla görünür.
Sədim cisimləri qıvrılmış ilan şəklində görünür. Onların bəziləri fəzada şəkillərini dəyişərək
enli, yayılmış hala düşür və yayıldıqdan
sonra işıq saçırlar. Bu cisimlər çox yayıldıqca
ətrafları, qıraqları da daha nazik olur və uzaqdan duru bir bulud kimi nəzərə
çarpır. Onun kənarları soyuq hava ilə təmas nəticəsində sıxılır və yağış
damcılarına çevrilir. Uzun bir müddətdən
sonra bu cisimlər buxar halından maye halına düşür. Onun damcıları zaman keçdikcə bərkiyərək tədriclə
xəmir halına düşür və kürə şəklində olur. Yenə də uzunmüddətli bir mərhələdən sonra həmin
cisimlər donaraq bərkiyir və elə günəşlər şəklinə düşür ki, onlardan hər biri
bizim günəş bərabərindədir və ondan da böyükdür. Sonra bu günəşlərin hər biri
geniş fəzada xüsusi bir ox ətrafında fırlanır və özünün təbəqəsi olur.
Bizim yaşadığımız dünya da günəş sistemləri dünyasındandır və astronomiya alimlərinin fikrincə, bizim günəş-sistemimizin əhatə etdiyi məsafə Pluton ulduzundan daha uzaq bir məsafəyə qədər yanmış qazla dolu idi və o yanmış qazlar indi bizim qərb adlandırdığımız tərəfdən şərq adlandırdığımız tərəfə sarı fırlanmağa başlayıbdır. Bu sürətli və aramsız fırlanma nəticəsində qazlar kürəyə oxşar hala düşmüşdür. Bu maddənin tərkiblərinin ekvatorda hərəkəti o biri hissələrin hərəkətlərindən daha sürətli olmuş və mərkəzəqaçma qüvvələri və mərkəzdənqaçma qüvvələri arasında tarazlıq yaranmışdır. Ona görə də kürəyə oxşar hala düşmüş bu maddələrin həmin hissələri (yarımmaye və yarımdonmuş halda) müstəqil bir halqaya çevrilmiş və əsl maddədən ayrılmışdır. Bu proses bir-neçə dəfə təkrar olunmuş və bir neçə başqa halqa da yaranmışdır. Həmin halqalar elə yarandığı ilk andan soyumağa başlamış, sıxılmış və kürəyə bənzər bir hala düşmüşlər. Onlar eyni zamanda həm öz oxu, həm də günəş ətrafında fırlanmağa başlamış və onların tonusundan planetlər yaranmışlar. Bizim yer kürəsi də həmin planetlərdən biridir. Bundan sonra planetlərin sürətli dövr etmələri nəticəsində həmin proses yenə də onlara keçmiş, hər planetdən bir və ya bir neçə halqa ayrılmış və bu halqalar planetləri yaratmışdır. Bəzi halqalar isə öz ilkin halında qalmışdır. Məsələn, Zühəl (Saturn) ulduzu bu qəbildəndir.

Göy cisimləri və günəş sistemləri haqqında yəni astranomik fikirlərin qısa xülasəsi belədir. Qeyd etmək lazımdır ki, bu fikir Qurani-Kerimin həmin məsələ barəsində buyurduğu bəyandan çox da fərqlənmir. Quran-Kerim Bəqərə surəsində yerin yaranması barədə deyir; “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan və sonra göyə çəkilən Odur”. Bu ayə bildirir ki, yer kürəsi başqa planetlərdən öncə “sədim”dən ayrılmışdır. Yer üzündə bitkilər, heyvanlar meydana çıxandan sonra o biri planetlər də ayrılmışlar. Göylərin və yerin ayrıldığı həmin oparlaq cism ilk öncə yaradılmışdır, belə ki, Qurani-Kərim “Naziat” surəsində buyurur: “Bundan sonra yer üzünü düzgün bir şəkilə saldı”. Həmçinin “Hamim” Səcdə* surəsində deyilir: “Sonra tüstü şəklində olan göyə yönəldi. Göyə və yerə buyurdu: -“İstəyərək və istəməyərək gəlin.” Onlar da dedilər: “İstəyərək gəldik.”
Göründüyü
kimi bu ayədə göyün əsas maddəsi “tüstü”
sözü elə yozulubdur ki, bu da eyniylə həmin yeni astronomiya nəzəriyyəsidir.
Bundan əlavə göyün və yerin bitişik olması və onların ayrılması barədə
“Ənbiya” surəsində deyilir: “Məgər kafirlər
bilməlidirlər ki, göylər və yer bir-birinə bitişik idilər və biz onları sonra
ayırdıq.”
Hazırladı; Vüsalə VƏTƏNXAN.








0 Rəy:
Yorum Gönder