4.10.2020
Nola, Ya Rəb, bizə ehsanlıq elə. (QƏZƏL) - Zamiq SƏFAİ
Mahi-nodur, nola ya Rəb, bizə ehsanlıq elə,
Qoyma qıtlığ gələ, dünyada firavanlıq elə.
Tarixən əcnəbilər yurduma dikmiş nəzərin,
Zalimin hər nəyi var,Azəribaycanlıq elə.
Doğma övladının hicriylə Vətən yanmamalı,
Tapdaq altındakı torpaqlara sultanlıq elə.
Bir bəla nazil et işğalçıları məhv elə,ya,
Çıxsın azadlığa Xəlqim,ya da qurbanlıq elə.
Ta ki olsun Vətən azad,gavur işğalından,
Vətən azadlığı nöqsanlıdı,səhmanlıq elə.
Türkə Türk ilə nicat ver, nə gərək əcnəbiyə,
Qalibiyyət şərəfin cümlə müsəlmanlıq elə.
Düzdür on milyona çatmış sayı Xəlqin ya Rəb,
Əlli milyonları da qat bizə, xaqanlıq elə.
Ey Səfai, Vətən azadlığının namı üçün,
Can verib olma şəhid, zülmü yarımcanlıq elə.
Müəllif; Zamiq SƏFAİ






0 Rəy:
Yorum Gönder