İmadəddin Nəsimiyə ~ TƏZMİN ~
"Həq ta ki yar oldu mənə, sər ta qədəm yar olmuşam,
Ta görmüşəm didarını, müştaqi-didar olmuşam."
Neyçün cəmalından cüda eylər məni ta Suratək,
Məhşərdəyəm sanki, yanar cismim, gözü zar olmuşam.
Bir ömrü ayru düşmüşəm hüsnündən ey məhsurətim,
Çün bu səbəbdəndir iki aləmdə səyyar olmuşam.
Mən Səndənəm, həm Səndəyəm, Səndən soruşsunlar məni,
Mən həm Sənin kölgəndənəm, isminlə mən var olmuşam.
Mən hər qədəm qoyduqda torpaqda izim ağlar mənim,
Olsam əgər gül, bu sitəmdən bil ki gülxar olmuşam.
İstərsən et Ədni behişt içrə güli-rəna məni,
Sənsiz ki olmaz cənnətim, mən Səndə gülzar olmuşam.
Söylər Nəsimi adəta "sirri ənəlhəq söylərəm",
Şükr eylə ey Mehri, bu gün elmiylə huşyar olmuşam.
✒Müəllif; Vüsalə Vətənxan Mehri.✒
AYB üzvü.






0 Rəy:
Yorum Gönder