Tarixi
Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb,
İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi.
Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur.
Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan
Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz
edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi
Cəlalilər hərəkatı. XVI əsrin sonu — XVII əsrin əvvəllərində Osmanlı
imperiyasının şərq vilayətlərini, o cümlədən yeni işğal edilmiş Azərbaycan ərazilərini
xalq çıxışları bürüdü. Aclıq, soyğunçuluq, dəhşətli dağıntılar, vergilərin
artırılması, məmurların qəddarlığı yerli əhalinin fəal müqavimətinə səbəb oldu.
Tarixə Cəlalilər hərəkatı adı altında daxil olmuş bu xalq çıxışları adını XVI əsrin
əvvəllərində Toqatda üsyana başçılıq edən Şeyx Cəlaldan almışdır. Sonrakı dövrdə
Osmanlı imperiyasının tərkibinə qatılmış Azərbaycan torpaqlarında işğalçı
hakimiyyət orqanlarına qarşı üsyanlar da Cəlalilər hərəkatı adı ilə məşhur
olmuşdur.
Əhalinin vəziyyəti
XVI əsrin son rübündə Osmanlı-Səfəvi
müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal
olunması nəticəsində Azərbaycan dövlətçiliyinin inkişafına ağır
zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən
olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə
kifayətlənirdilər. Lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək,
şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin
sayını artırırdılar. Osmanlı istilasının ağırlığını çəkmiş Azərbaycan əhalisi müstəqil siyasi inkişaf arzusu
ilə mübarizəyə qalxırdı. Osmanlı hakimiyyəti dövründə Azərbaycanın iqtisadi vəziyyəti
ağır idi. Əhali uzun müddət yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində
qalırdı. Əhalinin yaşadığı yerlərdən getməsi Osmanlı zülmünə qarşı olan
etirazın özünəməxsus formalarından birinə çevrilmişdi.
1591-ci
ildə Təbriz əhalisinin üsyanı baş verdi. Təbriz üsyanı Azərbaycanda Cəlalilər hərəkatının
ilk böyük çıxışı idi.
XVII
əsrin ilk illərində Şərqi Anadoluda və Azərbaycanda daha da genişlənən Cəlalilər
hərəkatı feodal özbaşınalığına və amansız istismara qarşı yönəlmişdi. Cəlalilərin
Azərbaycanda məqsədi həm də Osmanlı işğalından qurtulmaq idi. Cəlalilər hərəkatı
İstanbuldan İrəvana, Bağdaddan Dərbəndə qədər olan torpaqları əhatə etmişdi.
Azərbaycandakı
Cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. O, Cəlalilər hərəkatının ən
görkəmli nümayəndəsi idi. Koroğlunun əsl adı Rövşən olmuşdur.
Koroğlu öldükdən sonra dastan qəhrəmanına çevrilmiş və
bunda da başlıca rolu aşıqlar, saz şairləri oynamışlar. XVII əsrin ortalarında
o artıq bir dastan qəhrəmanı idi. F.Sümer yazır ki, mən Koroğlunun dastanlarda
yazıldığı kimi saz şairi olduğuna inanır və bilavasitə Bolu bəyi, dağlar, Qırat
və Eyvaz ilə bağlı mahnıların onun tərəfindən söyləndiyini qəbul edirəm. Mənaları
təsirli, həyəcan verici olan bu mahnıları bəstələyən və oxuyan bir insan şübhəsiz
cani ruhlu ola bilməz. Müharibə dövründə olsa da, bütün təbəəsini bir anda hərəkətə
keçirməyi bacaran mükəmməl bir təşkilata sahib olan dövlətin hökumət mərkəzinə
yaxın ərazilərdə fəaliyyət göstərməsi onun cəsur olmaqla yanaşı, tədbirli bir
insan olduğunu göstərir. Çətinliklərə çarə tapması, təhlükələrdən xilas olması
dastan qəhrəmanı olmasında mühüm amil olmuşdur. Koroğlunun ağıllı olduğu qədər
mərd ruhlu bir insan olduğunu, silahdaşlarına qarşı şəfqətli hərəkət etdiyini
söyləmək olar. Həm igid döyüşçü, mahir sərkərdə, həm də istedadlı aşıq olan
Koroğlu şəxsi xoşbəxtlik deyil, xalq səadəti uğrunda mübarizə apardığı üçün
xalqın yaddaşında dastan qəhrəmanına çevrilmişdir
oroğlunun yaxın silahdaşlarından biri də Kosa Səfər olmuşdu. Onun tarix
şəxsiyyət olduğunu İsgəndər bəy Münşi də təsdiq edir. Onun məlumatından aydın
olur ki, öncə Cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan
Kosa Səfər Osmanlı ordusunun Azərbaycana yürüşündə iştirak etmiş, osmanlıların
1605-ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı ağır məğlubiyyətindən sonra əsir
alınmış vBeləliklə, Koroğlunun və yaxın silahdaşları olan Giziroğlu Mustafa bəy,
Dəli Həsən, Kosa Səfər və mənbələrdə adı çəkilən, ancaq dastanda yad edilməyən
digər cəlalilər tarixi şəxsiyyətlər olmuş, Azərbaycanda və qonşu ölkələrdə baş
verən tarixi hadisələrdə yaxından iştirak etmişdilər.
@Vikipediya.





0 Rəy:
Yorum Gönder