
Bəzən getmək istəyir insan. Sırf kiminsə həyatından deyil, hər kəsi buraxıb getmək istəyir. Qovuşmamağın əzabı, dost xəyanəti, bəxtsizlik, hamsını qarşıma çıxan ilk zibil qutusuna tullayıb getmək istəyirəm. Hər hansısa uzaq ölkəyə və ya başqa bir planetə deyil, keçmişə məktəb illərimə getmək istəyirəm, o saf, hər şeydən xəbərsiz, xoşbəxt illərə. Ancaq mənə alınmayan oyuncaqlar üçün ağlamaq istəyirəm. Anam məni çağıranda "beş dəqiqə də həyətdə oynayım, gələcəm" yalanını əzbərləmək istəyirəm. Yenə də "bənövşə-bənövşə oynayıb" qışqıraraq "bizdən sizə kim düşər?" soruşmaq istəyirəm, yenə də özümdən böyük uşaqlar futbol oynayanda onların axtardıqları az yaşlı qapıçı olmaq istəyirəm. Üst-başımı bulayıb, anam məni saatlarca danlayıb, sonrada döyüb yatızdırsın istəyirəm. Yenə də qısqanclığın nə oıduğunu parta yoldaşım başqa oğlanla danışanda dadmaq istəyirəm. Saatlarla cizgi filmi izləmək, rəngarəng corablar geyinmək istəyirəm. Çöçələ barmağımı mənasını anlamadan laklamaq istəyirəm. Hər üzümə gülənin ürəyi təmiz, yaxşı insan olduğuna inanmaq istəyirəm, hamını özüm kimi xoşbəxt, saf, məsum sanmaq istəyirəm, bayramda şaxtababın gəlməyinə ürəkdən ümüd etmək istəyirəm, axşamlarda xalçanı seyr edə-edə yuxuya getmək istəyirəm.
Heç yanlış etmədim heç kim deyə bilməz, amma həmişə nə hiss elədimsə onun arxasınca getdim, bəzən doğru olmadığını bildim etdiklərimin. Bəzən doğru olmamasına rəğmən yenə də doğrunun arxasınca qaçdım əlimdən gəldiyi qədər. İnsan hissetdiyi yerdə ; Durduğu qədər.
Kimisə tək qələmdə silmirik silənə qədər çox şeyi görməzdən gəlirik. Çox şeyi xəbərləri olmadan içimizdə bağışlayırıq, çox şeyi altdan alırıq. Siz, sizi asan gözdən çıxarırıq düşünürsüz amma mən gözdən çıxarmamaq üçün mübarizə aparıram.
Yuva qurursan boşanmağını gözləyirlər. İş qurursan batıracağına mərcə girirlər. Biri ilə ortaq olursan, onsuzda ayrılacaqlar deyirlər.
Bir uğur əldə edirsən "bəxti gətirdi, bir gün müflis olacaq" deyirlər... ən sonda birində də alınmayanda onsuzda biz demişdik deyirlər...
Evlilər boşanmaq istəyir, subaylar evlənmək istəyir. İşsizlər işləmək istəyir, işi olanlar isə işləməkdən bezib. Varlılar bir az hüzur, kasıblar isə bir az pul istəyir. Deməyim odur ki, hər bir vəziyyətiniz də bir şey tapıb xoşbəxt olmağa çalışın.
@FİKİR ADAMI, KÖŞƏ YAZARI
Təbriz İsmayılov (051-571-71-61)
0 Rəy:
Yorum Gönder