Bəli,həyat şirindir..Şirin həyata qıymaqsa,güclü sayıla bilər..Belə çıxır ki,intihar edən güclü insandır..Bəs niyə bu güclü insan həyat mübarizəsini yox,ölümü seçir..?!Güclü insan odur ki,həyatın çətinlikləri ilə mübarizə etsin,qorxmasın..Yəqin ki,insanlar arasında heç olmasa bir dəfə intiharı fikirləşənlər,həyatın əzabından can qurtarmaq istiyənlər yox deyil..Çarəsizliyin son nöqtəsi kimi İntihar çıxış yolu seçilir..Amma səndən sonra geridə qoyduqların,sənin üçün əzab çəkəsi insanlar..Və sənin qaranlığa qərq olmuş haqq dünyan..
Psixoloji duruma bağlanan,beyin sarsıntılarının məhsulu olan intiharların mütəxəssislər tərəfindən səbəbi aydınlaşması arzu olunur..Amma bu sahənin insanları belə intiharlardan yan keçməyiblər..Bəs bu bəlanın çarəsi nədir?!Mən ailədaxili gərginliyi önə gətirmək istəyirəm..Ər-arvad münaqişələri ..
Sevgisizlik,diqqətsizlik..Həyatımızın günü-gündən çətinləşməsi..Dolanacağın kafi,stabil olmaması..Yeniyetmə və gənclərin arzu burulğanında boğulması..Xəyallarının yanması..Bu faktorlar aradan qalxdıqca şirin həyatını Cəhənnəm əzabına dəyişənlərin də sayı azalacaq yəqin ki..
Həyat insana verilən yeganə əvəzolunmaz nemətdir..Bəzən acı,bəzən şirin..Həyatı bizə bəxş edən O Gözəgörünməzin sevgisiylə dolduraq qəlbimizi..Şeytanın pisliyindən Ona sığınaq..O hər şeyi görəndir,əvəzini verəndir..
Sonda nəzərə onu çatdırmaq istəyirəm ki,intihar edən insanları güclü hesab edənlər sosial şəbəkədə hadisələrə münasibət bildirərkən ehtiyatlı olmasl gərəkdir..Özünə inamsız olan,kiçik yaşlarından ailəsi və ətraf mühit tərəfdən psixoloji zərbə alaraq,özgüvənini itirmiş,inam hissi aşılanmamış insanlar özlərini cəmiyyətə doğrudan da güclü olduqlarını sübut etmək üçün bu vasitədən,yəni intihar etməkdən rahatlıqla istifadə edə bilərlər ki, bu da daha neçə ömrün vaxtsız qırılması,neçə ailənin faciəsi,neçə intihar faktının artması deməkdir..Allah insanların və insanlığın köməyi olsun..
@Qərənfil Arifqızı






0 Rəy:
Yorum Gönder