Yay mövsümünə uyğun ən ləziz mürəbbəni necə hazırlamaq olar? Reseptimizi diqqətlə oxuyaraq siz də evinizdə hazırlaya bilərsiniz.
Tərkib:
- 1 kq qarpız qabıqları
- 1,2 kq şəkər tozu
- 3 stəkan su (sirop üçün)
- 1 limonun sedrası (sarı qabığı)
Hazırlanması:
Qarpızın qabıqlarını yaxşı yuyun, yaşıl hissəsini nazik soyun (ancaq qabıqların ağ hissəsini saxlayın).
Kub şəklində doğrayın, qazana yığın, üzərinə soyuq su tökün, 10 dəqiqə qaynadın, suyu süzün.
Limonun sarı qabığını sürtgəclə soyun, qarpıza əlavə edin.
Sirop hazırlayın. Suya şəkər tozu tökün, qaynara düşəndə hazır siropu qabıqların üzərinə tökün, tam soyuyana qədər saxlayın.
Mürəbbəni oda qoyun, qaynara düşəndə 15 dəqiqə vam odda qaynadın, tam soyudun.
Mürəbbəni yenə oda qoyun, 15 dəqiqə qaynadın, isti halda bankalara doldurun, qapaqları bağlayın.
Nuş olsun!
Hazırladı; Güllü Həsənova






0 Rəy:
Yorum Gönder