Lazım olan ərzaqlar:
3 ədəd pomidor
3 ədəd böyük badımcan (bostan badımcanı)
1 kiçik baş soğan
200 qr mozarella və ya digər növ holland pendiri
bitki yağı (qızartma üçün)
duz
reyhan qurusu (basilik)
Hazırlanması;
Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.
Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.
Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın.
Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.
Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.
Nuş olsun!
Hazırladı; Güllü Həsənli
9.13.2020
ƏSAS SƏHİFƏ »
KULİNARİYA
» Badımcan Pizzası - Kulinariyada bu gün






0 Rəy:
Yorum Gönder