Bizlərə məlum
olan bütün uzaq ulduz sistemlərinin planetləri xaotik proseslər nəticəsində
yaranmış ola bilər. Bu xaotik nəzarət həm planetlərin meydana gəlmə mərhələsində,
həm də onların "yetkinlik" dövrlərində işləyə bilər. Xəbərlə
əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc
edildi.
Elm ictimaiyyətində 21-ci əsrə qədər hesab edilirdi
ki, planetlər yerləşdikləri və dövr etdikləri mövqelərdə formalaşmış
olmalıdırlar. Son illərdə isə bu fikirlərin yalnış olduğu məlum oldu. Bu gün
artıq planetoloqlar qaz nəhəngi olan planetlərin ulduz sisteminin soyuq hissələrində
meydana gəldiyini, yalnız onların ulduza yaxınlaşması ilə təsadüfi olaraq yer
qrupu planetləri orbitlərinin yenidən qurulduğunu hesab edirlər.
Şimal-Qərb Universitetindən (ABŞ) olan Yoram Lithwick
və onun həmkarı Yanqin Wu "xaotik proseslərin" hər bir planet
sistemində baş verdiyi və onların inkişafının hər mərhələsində iştirak etdiyi qənaətindədirlər.
Onlar, "istiyupiter" - ulduzuna yaxın məsafədə yerləşən nəhəng
planetdən ibarət "planet sistemi modelini" hazırladılar.
Bu model göstərdi ki, digər ulduzların planet sistemləri
mütləq stabil deyil, əksinə, "daimi xaos" adlanan kosmik vəziyyətdə
iştirak edirlər. Zamanla nəhəng planetlərin və onların kiçik qardaşlarının
orbitləri dəyişilir, amma bu dəyişikliklər ən az 100 milyon il tələb etdiyindən
dəyişilməz olaraq görünürlər.
Belə hadisələrin məhsulu kimi də davamlı olaraq öz
ulduzuna yaxınlaşmaqda olan "istiyupiterlər" adlandırdığımız qrup
ortaya çıxır. Bu planetlərin 300 milyon il ərzində ulduza yaxınlaşa bildiyi
hesab edilir. Alimlər qeyd edirlər ki, hazırlanmış modelin proqnozları son illərdə
Kepler teleskopu vasitəsilə tapılmış 60 istiyupiter üzərindəki müşahidələrin nəticələri
ilə uyğunluq təşkil edir.
Əgər "kosmik xaos" həqiqətən də mövcuddursa,
o zaman planet "ailələrinin" tərkibi, hətta stabil orbitlər
qazanıldıqdan sonra belə zamanla dəyişilmiş ola bilər. Gələcəkdə hazırlanacaq
yeni planet sistemi modelləri ilə bu nəzəriyyənin nə dərəcədə doğru olduğunun
aydınlaşdırılmış olacağı güman edilir.
Mənbə: Pnas.org , Cornell University Library
Hazırladı; Təbriz İSMAYILOV.






0 Rəy:
Yorum Gönder